Azərbaycanlı ailə, etiraz əlaməti olaraq, 6 aydır uşağına ad vermir

0
587
 

Əvvəllər tez-tez istifadə olunan adlar unudulmaq üzrədir. Belə davam etsə, Müşfiq, Hamlet, Məcnun kimi adlarla yalnız kitablarda rastlaşacağıq. İndi valideynlər qeyri-adi adlara üstünlük verirlər. Hətta istədikləri adı övladlarına qoymaq üçün dəridən-qabıqdan çıxanlar da var.

Azərbaycanda bir uşaq 6 aydır adsızdır. Buna səbəb atanın oğluna “Musab” adını vermək istəyidir. Adın qeydiyyat idarəsində qəbul edilməməsi isə ona əks təsir edib və müraciəti dəfələrlə təkrarlayıb. Nəticədə isə, uşaq 6 ay adsız qalıb.

Bənzər halların artması valideynlər tərəfindən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına edilən müraciətlərə də təsir edib. Məktub göndərənlərin əksəriyyəti “Ə” hərfini “A” ilə əvəzləmək istəyirlər. Əli kimi məşhur adı Ali, Əzimi isə Azim deyə yazdırmaq istəyənlər var.

Müraciətlərin ən diqqət çəkəni isə soyadını dəyişdirmək istəyən şəxsə məxsusdur.

Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, Şekspir, Meyvəli, Əbuturab kimi adları övladına vermək istəyən valideynlərin tələbi də rədd edilib. Əbülfəz adını Əbülfəzl kimi yazdırmaq istəyən ana-ataya da “yox” cavabı verilib. Oğlana qız, qız uşağına isə oğlan adı qoymaq istəyən valideynlər də komisiyaya məktub göndəriblər. (“Xəzər TV”)

BIR CAVAB BURAXIN