Azərbaycanın futbol yığmasından 45 pilləlik sıçrayış

0
562

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Azərbaycan millisi siyahıda ötən ayla müqayisədə 45 pillə irəliləyib. Sentyabr siyahısında 133-cü pillədə qərarlaşmış futbol üzrə Azərbaycan yığması 404 xalla 88-ci pilləyə yüksəlib.

Milli komanda 2018-ci Dünya çempionatının seçmə qrup mərhələsində San-Marinonu səfərdə, Norveç yığmasını isə evdə 1:0 hesabı ilə məğlub edib. Çexiya ilə səfər oyununda isə qolsuz bərabərliyə qalıb.

Siyahıya yenə Argentina yığması başçılıq edir. Bu komandanın hesabında 1621 xal var. İkinci yerdə Almaniya, üçüncü yerdə isə Braziliyadır.

BIR CAVAB BURAXIN