Azərbaycanı tənqid edən erməni nümayəndələrin mikrofonları söndürülüb

0
530

Ermənistanın tert.am saytının verdiyi xəbərə görə Avropa Şurası Parlament Assambleyasının oktyabrın 14-də keçirilən sessiyasında Ermənistan və Azərbaycan nümayəndələri arasında kəskin söz atışması ilə əlaqədar qalmaqal baş verib.

Nümayəndələr arasındakı kobud deyişməni assambleyanın prezidenti Pedro Agramunt sakitləşdirməyə çalışıb.

AŞPA-nın prezidenti Pedro Agramunt

AŞPA-nın prezidenti Pedro Agramunt

Tert.am saytının yazdığına görə Argamunt Ermənistan nümayəndəsi Naira Karapetyanın mikrofonunu söndürməli olub.

Xanım Karapetyan bildirib ki, o sadəcə olaraq ‘öz narahatlıqlarını həmkarları ilə bölüşməyə çalışırdı’.

Öz çıxışında xanım Karapetyan AŞPA-nın keçmiş üzvü, hazırda isə korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə istintaq altında olduğu deyilən Luca Volonte ilə bağlı iddiaları dilə gətirib.

Tert.am yazır ki, Volonte siyasi məhbuslarla bağlı hesabatın bloklanması müqabilində Azərbaycan hökumətindən 2390 avro almaqda ittiham olunur.

Karapetyan-Hüseynov ‘atışması’

Naira Karapetyan deyib ki, əslində onun çıxışının bu məqamı bütün assambleyanı silkələməli idi.

Lakin Karapetyan özündən əvvəl çıxış etmiş Azərbaycan nümayəndəsi Rafael Hüseynovun ittihamlarına cavab vermək istəyərkən mikrofonu söndürülüb.

Hüseynov Ermənistanda oktyabrın 2-də keçirilmiş bələdiyyə seçkilərini “kriminal” adlandırıb.

Bunun cavabında Naira Karapetyan Azərbaycan hökumətini ‘kriminal rejim’, prezident Əliyevi isə ‘despot’ adlandırıb.

Ermənistan nümayəndəsi bildirir ki, Agramunt ‘mövzudan kənara çıxdığına görə’ Karapetyanı çıxışdan məhrum edib.

Rafael Hüseynov AzadlıqRadiosuna qalmaqaldan danışıb

AzadlıqRadiosuna müsahibəsində Rafael Hüseynov bildirib ki, AŞPA prezidenti onu təhqir edən daha iki erməni nümayəndənin – Naira Zohrabyanın və Mher Shageldiyanın da mikrofonlarını söndürüb. Rafael Hüseynov əlavə edib ki, o, öz çıxışında Ermənistanda insan haqları fəallarının təqib olunmaları və hətta bəzilərinin qətlə yetirilməsini vurğulayıb. Daha ətraflı Rafael Hüseynovu burada dinləyin:

Bu hadisədən bir gün əvvəl AŞPA-nın sessiyasında başqa bir erməni nümayəndə – Naira Zohrabyan Azərbaycanı bu ilin aprel ayında Dağlıq Qarabağda baş vermis ‘dörd günlük müharibə’ ərzində dinc əhaliyə qarşı zorakılıqlar törətməkdə və ‘qadağan olunmuş silahlardan istifadə etməkdə’ günahlandırmışdı.

BIR CAVAB BURAXIN