“Azərbaycandakı 478 ailədə sırf heyvanabənzər uşaqlar doğulub və…”

0
761

Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış  və tezliklə kitab halında nəşr olunacaq “Ölüm hüceyrələri və ya genetik ölüm…” adlı tədqiqat  əsərində  əsasən  XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı  vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır…

“…Araşdırma materiallarına görə, 1953-1955-ci illərdə ərəb ölkələrindən, eləcə də dünyanın iri dövlətlərindən tanınmış din xadimlərinin başçılığı ilə 451 nəfər (rəqəm polkovnik İ.İ.İvanovun məktubundan götürülüb) Qızılbulağa gəlmiş, Ayın üstündəki Allaha məxsus 99 adı oxumaqla ibadətlə məşğul olmuşlar. Kəşfiyyat polkovniki İ.İvanov “Məxfi Arayış”ında bunu da qeyd edir ki, bəzi din xadimləri, İslam filosof və alimləri Qızılbulaqda vəfat etməyi özləri üçün şərəf sayırdılar…

Kreml isə Azərbaycan istiqamətində “Gen mutasiyası”ndan bir an da olsun əl çəkmirdi. Ölkəmizin bölgələrinə  məxfi ekspedisiyaların gəlməsi  davam edirdi…

“Kremlin divarlarında Musa (ə). İsa (ə) və Məhəmməd Peyğəmbərin(s.ə.s.) rəsmləri çəkilib…”

Araşdırma materiallarına görə,  o illərədək heç kəs bilməyib ki, Kremlin qədim keçidlərindən birinin üzbəüz  divarlarında Musa (ə). İsa (ə) və Məhəmməd Peyğəmbərin(s.ə.s.) rəsmləri çəkilib. Bu divarlar haqqında Kremldə, demək olar ki, bilən yox idi. Divarların üstünü açan, oradakı rəsmləri kəşf edən general-mayor Dmitri Aleksandroviç Kolpakov aradan götürülmüşdü… N.S.Xruşşov bütün bunlar haqqında ətraflı öyrənmək istəyirdi. Çünki D.A.Kolpakov güllə ilə vurulan gün Kreml qülləsinə bərkidilmiş beşgüşəli ulduzun üstündə xaçşəkilli çat əmələ gəlmişdi…

“Kreml ulduzu çat verəndə Qız Qalasının divarlarındakı qədim suvaqlar da qopub…”

 

Mövzudan bir az kənar olsa da deyək  ki, Kreml ulduzundakı ikinci çat isə Sovet İttifaqı dağılandan sonra yaranmışdı. Qəribə hadisələr hamını çaşdırmış və həm də qorxutmuşdu. Daha heç kəs Leninlə bağlı, onun mavzoleydən çıxarılması ilə bağlı səy göstərmək istəmirdi. Hər halda bütün  bunların məntiqi var idi… Məsələn, Moskva Kremli Bakıdakı Qız Qalası ilə eyni karvan yolunun üstündə idi. Və maraqlısı bu idi ki, Kreml ulduzu çat verəndə Qız Qalasının divarlarındakı qədim suvaqlar da qopub, tökülürdü. Faktiki olaraq Qız Qalasının özülü də çat vermişdi. Onun  uçub -dağılma təhlükəsi isə realdır. Bunun isə səbəbləri var…

Kreml divarlarına həkk olunmuş üç peyğəmbərin rəsmi (Şübhə etməyək ki, bu rəsmlər təsəvvürlə çəkilib. Lakin etnoqraf  D.O. Pavlov iddia edir ki, bu rəsm əsərlər təsəvvür yox, reallıqdan köçürülüb…) N.S.Xruşşovu çox düşündürürdü. 1953-cü il mayın 17-də o, akademik, ixtisasca mikrobioloq olan Anatoli Nikolayeviç Tumanovla təkbətək söhbət etmək istədiyini bildirir. Akademik bu zaman kəşfiyyat generalı kimi SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (“QRU”) Şərq bölməsində çalışırdı. O, şəxsi işi üçün hazırladığı arayışda (görüş məxfi olsa da, akademik kəşfiyyat qanunlarını pozmayaraq onunlabağlı arayışını yazmalı oldu) yazırdı:

“Həmin Peyğəmbər rəsmləri Xruşşovu çox düşündürürdü…”

“…N.S.Xruşşov məni Kremldə qəbul etdi. Stolunun üstündə xeyli sayda qovluq var idi. Bu qovluqların hamısı da Azərbaycan respublikası ilə bağlı idi. Üstündə “Tam məxfi”, “Məxfi” qrifləri olanqovluqlar bizim idarədən göndərilmişdi. Daxili təhlükəsizlik qanunlarına görə, onun   bu qovluqları oxumaq icazəsi yox idi. Belə qovluqları BKİ-də yaradılmış Generallar Şurasının qərarından sonra oxumaq mümkün olurdu.  Generallar Şurasında isə yeddi general təmsil olunurdu. Onların imzası hökmən lazım idi…

N.S.Xruşşov sözügedən qovluqları qeyri-qanuni açmışdı. Qovluqların üstündə (iki dəfə) qırmızı qələmlə İ.Stalinin imzası görünürdü. Bu,adət idi: qovluğu açan şəxs həmin qovluğun üz qabığına öz imzasını atırdı.  Həmin məxfi qovluqlar “Gen mutasiyası” və yaxud “Mutasiya layihələri” ilə bağlı olduğundan maraqlı idi…

“Qızılbulaq yaşayış məntəqəsi dünyanın dayaq nöqtələrindən biri hesab olunur…”

 

Akademik A.N.Tumanov yazır ki, bir ölkənin  başçısı olan N.S.Xruşşovu narahat edən məsələ açıq qalmışdı. Onu maraqlandıran həkim, toksikoloq İlmurad Badaxşanskinin qeydləri idi. “Gen mutasiyası” layihəsinin təşkilatçılarından olan təhlükəsizlik mayoru İ.Badaxşanskinin yazdığı “Məxfi Arayış”da qeyd olunurdu ki, Azərbaycanın Gəncə bölgəsində (o vaxt Kirovabad kimi qeyd olunurdu) yerləşən  Qızılbulaq yaşayış məntəqəsi dünyanın dayaq nöqtələrindən biri hesab olunur. Orada doğulan, dünyaya göz açan uşaqların “genetik immuniteti” dünyada qəbul olunmuş immunitet gücündən 16  dəfə güclüdür (Həmin qənaətə genetik, kəşfiyyat polkovniki M.İ.Denisov gəlib). Amma maraqlıdır ki,  Kirovabad (Gəncə) – Şamxor (Şəmkir) arasında olduğu göstərilən Qızılbulaq yaşayış məntəqəsi bizim nə tariximizdə, nə də coğrafiyamızda var. Biz belə məskənə rast gəlmədik. “Qızılbulaq” kəşfiyyat şifrəsi idi. Araşdırma materiallarında biz bu yerin əsl adına rast gəldik…

Məxfi qovluqlarda Azərbaycanın “Gen mutasiyası”na məruz qal mış əraziləri, ailə və nəsillərin sayı, ölənlər haqqında, hətta onların dəfn olunduqları yer haqqında məlumatlar var idi…

“Xruşşov Ağdaş rayonunun “Dumanlı dərə”si haqqında film çəkməyi mənə həvalə etdi…”

Akademik A.Tumanov “Məxfi Arayış”ında daha sonra yazır:

“…Nikita Sergeyeviçin qarşısında Azərbaycanda baş verən mutasiya əməliyyatları ilə bağlı kifayət qədər məlumat var idi. O, mutasiya olunmuş nəsillərin, ailələrin, şəxslərin siyahısına təkrar-təkrar nəzər saldı. Sonra Ağdaş rayonunun “Dumanlı dərə”si haqqında film çəkməyi mənə həvalə etdi. Çünki mən o yerlərdə olmuşdum… (?)

“Artıq Azərbaycanda gen hüceyrələri zədələnmiş 1700 ailə, 28 nəsil qeydə alınmışdı…”

 

Xruşşov eyni zamanda SSRİ Səhiyyə Nazirliyi və MN BKİ-nin sənaye kompleksləri qarşısında Azərbaycanda əhalinin sayını maksimum 2 milyon nəfərə endirməyi ciddi bir məsələ kimi qoymuşdu. Bir yandan “Genetik hücumlar, “Mutasiya layihələri”, o biri tərəfdən də saxta yollarla yoluxdurulmuş epidemiyalar Azərbaycan millətini yarımcan etməkdə idi…”

Araşdırma materiallarına görə, artıq  Azərbaycan SSR-in  həm Şimal, həm Cənub, həm Şərq və həm də Qərbində mutasiya edilmiş, gen hüceyrələri zədələnmiş, xromosomları iflic olmuş üst-üstə 1700 ailə, 28 nəsil qeydə alınmışdı. Amma bütün bunlar Kreml üçün azlıq təşkil edirdi…

Əsl azərbaycanlı “aurası” pozulub, dağılmaqda idi… 1953-cü ilin kəşfiyyat materiallarında qeyd olunurdu ki, Azərbaycan ərazisində 478 ailədə sırf heyvana bənzər uşaqlar doğulub və onların bir qismi zibil qutularına atılıb. Bütün bunlar haqqında professor, genetik V.V.Qriqoryev məlumat verib…

(Davamı var)

Təqdim etdi: Sultan Laçın