Azərbaycanda problemli kreditlər rekord həddə çatıb

0
563

Azərbaycan banklarının kredit portfeli kəskin azalıb, problemli kreditlərin həcmi isə rekord həddə çatıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabatda bildirilir.

Hesabata görə, iyunun 1-ə ölkə banklarının ümumi kredit portfeli 18 milyard 197,1 milyon manat təşkil edib. Buşqa sözlə, təkcə may ayında krelit portfeli 561,6 milyon manat azalıb. Nəticədə ölkə üzrə kredit qoyuluşlarının həcmi son 18 ayda ən aşağı həddə düşüb. Sonuncu dəfə belə göstərici 2014-cü ilin noyabrında qeydə alınmışdı.
Kredit portfelinin azalması problemli kreditlərin həcmini azaltmayıb. May ayında banklardakı problemli kreditlərin həcmi 132,9 milyon manat artaraq iyunun 1-ə olan tarixə 1 milyard 514 milyon manata çatıb ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir. İndiyədək problemli kreditlərin ən yüksək həddi 2015-ci ilin nəticələrinə görə qeydə alınmışdı – 1 milyard 508 milyon manat.
Problemli kreditlərin ümumi kredit portfelindəki payı da kəskin artıb. Belə ki, hazırda kredit portfelində problemli kreditlərin xüsusi çəkisi 8,3% olub. Halbuki bir ay əvvəl bu göstərici 7,4% idi/

BIR CAVAB BURAXIN