Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı

0
545

Azərbaycanda işləmək üçün fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.

Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun szölərinə görə, ötən ay sistemdə daha 1 464 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb. Beləliklə də fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı 32531-ə çatıb. Fərdi şəxsi hesabı olan əcnəbilər sırasında Тürkiyə (15108 nəfər), Gürcüstan (3191 nəfər) Rusiya (1859) vətəndaşları çoxluq təşkil edir. Həmçinin sistemdə Özbəkistan (1750), Hindistan (1373), İran (1025), Çin (902), Banqladeş (785), Pakistan (683), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (632), Ukrayna (529), Türkmənistan (312), Filippin (288), ABŞ (281), Almaniya (266), Qazaxıstan (249), İtaliya (213) və s. ölkələrin vətəndaşları qeydiyyatdadır. Sistemin əhatə etdiyi əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər.

BIR CAVAB BURAXIN