Azərbaycana ən çox investisiya yatıran ölkə

0
618

2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 mlrd. 268,7 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, bunun 8 mlrd. 236,9 mln. manatı və ya 80,2%-i məhsul istehsalı obyektlərinin, 1 mlrd. 591,5 mln. manatı (15,5%-i) xidmət sahələri üzrə obyektlərin, 440,3 mln. manatı (4,3%-i) isə ümumi sahəsi 1 mlrd. 205,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 29,6%-i dövlət, 70,4%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 39,1%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 7 mlrd. 366,2 mln. manat, bank kreditləri 1 mlrd. 0,4 mln. manat, büdcə vəsaitləri 1 mlrd. 378,9 mln. manat, büdcədənkənar fondların vəsaitləri 112,6 mln. manat, əhalinin şəxsi vəsaitləri 385,8 mln. manat, sair vəsaitlər 24,8 mln. manat təşkil edib.

2016-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 67,1%-i sənayeyə, 15,7%-i tikinti, 9,4%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinə, hər birində 1,7% olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 0,9%-i təhsilə, hər birində 0,8% olmaqla informasiya və rabitəyə, inzibati və yardımçı xidmətlərin göstərilməsinə, səhiyyə, 0,5%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə, 0,3%-i ticarət, hər birində 0,1% olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət və digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilib.

2016-cı ilin yanvar-sentyabr aylarında neft sektoruna 6 mlrd. 514,9 mln. manatlıq vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilmiş 3 mlrd. 753,8 mln. manatlıq vəsaitin 374,7 mln. manatı (ümumi sərmayənin 3,6%-i) qeyri-neft sənayesi sektorunda istifadə edilib.

Hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6 mlrd. 251,1 mln. manat vəsait yönəldilib.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 5 mlrd. 426,1 milyon manatı (86,8%-i) Böyük Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

 

BIR CAVAB BURAXIN