Azərbaycan şahmatçıları Avropa çempionu oldu

0
525

Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatının qalibi olub.

Arazinfo-nun APA-ya istinadən xəbərinə görə, sonuncu – doqquzuncu turunda Azərbaycan və Ukrayna yığmaları arasında oyun 2:2 hesabı ilə başa çatıb.  Beləliklə şahmatçılarımız turniri 14 xalla başa vurublar.

Qeyd edək ki, Rusiya da Almaniyanı məğlub edərək, xallarını 14 xal qazanıb.

Beləliklə, əlavə əmsalların cəminə görə yekunda Azərbaycan yığması turnir cədvəlində birinci  yeri tutub. İkinci yerdə Rusiya yığması, üçüncü pillədə isə Ukrayna komandası qərarlaşıb.

BIR CAVAB BURAXIN