Azərbaycan Pakistandan JF-17 Thunder qırıcıları alacaq

0
684

11

Hərbi aviasiya və Pakistanın Hərbi Hava Qüvvələri üzrə üzrə ixtisaslaşmış jurnalist Alan Varnes Azərbaycanın bu ölkədən JF-17 Thunder qırıcı təyyarələrini almaq üçün danışıqlar apardığını bildirir.

Bu haqda jurnalistin Tvitter bloquna istnadən hərbi tematika üzrə ixtisaslaşmış Quwa.net portalı yazır. Bildirilir ki, Azərbaycan Hərbi Hava Qüvvələri habelə JF-17 Thunder qırıcılarının pilotları üçün əsas trenajor olan MFİ-393 Super Mushshak-ı da almağa maraq göstərir.

Məlumata əsasən Azərbaycan və Pakistan hazırda ikitərəfli hərbi əməkdaşlığın gücləndirilməsi üzərində işləyirlər. Bu ilin oktyabr ayında Pakistan baş naziri Navaz Şərif Bakıda səfərdə olub və prezident İlham Əliyevlə danışıqla aparıb. Tərəflər hərbi-texniki əməkdaşlıq, müasir silahların alınması və birgə istehsalı barədə anlaşma əldə ediblər.

Bu günlərdə isə Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov Pakistanda səfərdə olub və beynəlxalq hərbi sənaye sərgisində iştirak edib, habelə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparıb.

JF-17 Thunder qırıcılarını Pakistanla Çin birgə istehsal edir. Bildirilir ki, Azərbaycan bu qırıcıları özünün hərbi hava qüvvələrinin sərəncamında olan MiQ-21, MiQ-25, Su-25 qırıcılarının güclü davamçısı kimi görür. Hansı ki, JF-17 qırıcıları daha müasir və daha geniş imkanlara malikdir. Azərbaycan Çin və ya Türkiyədən yüksək dəqiqlikli “hava-yer” raketləri alaraq bu qırıcıları təchiz edə bilər. Digər tərəfdən Azərbaycan yeni qırıcıları sursatla təchiz etmək üçün Cənubi Afrika ilə olan əlaqələrindən istifadə edib Denel Dynamics şirkətindən raketlər almaq imkanındadır.

JF-17 Thunder müxtəlif hava missiyalarını yerinə yetirməyə imkan verən çoxfunksiyalı platformadır. Bu qırıcılar hədəfə görünmə məsafəsindən çox aralıda “hava-hava” raketləri ilə zərbə endirə bilir, yüksək manevr qabiliyyətinə malikdir. Müasir radioelektron mübarizə sistemləri ilə təchiz olunub. Azərbaycan bu qırıcıları almağa bir neçə il əvvəldən maraq göstərmişdi, lakin daha sonra danışıqlar dayanmışdı. İndi isə Azərbaycan Pakistandan ballistik raketlərlə yanaşı bu müasir qırıcıları da almağa hazırlaşır.

Virtualaz.org

BIR CAVAB BURAXIN