Azərbaycan millisini Çexiyaya aparan təyyarədə nasazlıq yarandı

0
566

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşacaq milli komandamız  oyunun keçiriləcəyi Ostrava şəhərinə yola düşüb.

Təyyarə bir qədər gecikmə ilə havaya qalxıb.

Havada olarkən isə nəqliyyat vasitəsində texniki nasazlıq yaranıb. Belə ki, təyyarənin təkərlərindən birinin tam qapanmaması uçuş sırasında həyəcan yaradıb. Bu barədə sərnişinlərə də məlumat verilib və bildirilib ki, təyyarə Baklya dönüb, nasazlıq aradan qaldırıldıqdan sonra yenidən yola düşəcək.

Ancaq sonradan təyyarə ekipajı artıq problemin aradan qaldırıldığını və uçuşun marşrut üzrə davam etdiriləcəyini bildirib.

BIR CAVAB BURAXIN