Azərbaycan Konstitusiya gününü bayram edir

0
582

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 23 ili tamam olur.

Arazinfo-nun yazdığına görə, ulu öndər Heydər Əliyevin şəxsi rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabr ayının 12-də ümunxalq səsverməsi-referendum yolu ilə qəbul edilən ilk milli Konstitusiyamız müstəqillik tarximizdə ən böyük hadisələrdən birinə çevrildi.

Xatırladaq ki, 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti ilk milli Konstitusiyasını qəbul etmək üçün hazırlqlar görmüşdü. Lakin bolşevik Rusiyası tərəfindən ölkəmizin işğal edilməsi bu mühüm dövlətçilik sənədini qəbul etməyə imkan vermədi. İşğal altında olan Azərbaycanın ilk konstitusiyası 1921-ci il may ayının 19-da Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunub.

Bu konstitusiya 1925-ci il martın 14-də SSRİ konstitusiyasına uyğunlaşdırılıb. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

1995-ci il noyabr ayının 12-də qəbul edilən ilk milli Konstitusiyamızda insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin edilib və ölkəmizdə sivil, demokratik dövlət quruculuğunun həyata keçirilməsinə xidmət edir.

1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Ötən müddət ərzində Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib.  Belə ki, 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. HəmçininAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib.  Bu gün ilk milli Konstitusiyamız məzmununa v mahiyyətinə görə dünyanın ən demokratik, insan hüquq və azadlıqlarını tam şəkildə təmin edən ali bir sənəddir.

 

BIR CAVAB BURAXIN