Azərbaycan İslamiadanın medal sıralamasında əlçatmaz oldu

0
596
 

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında medal sayında liderlik edir. Bu günədək Azərbaycan idmançıları 75 qızıl, 46 gümüş və 33 bürünc medal qazanıblar.

Azərbaycandan sonra növbəti pillədə 68 qızıl, 63 gümüş və 54 bürünc medalla Türkiyə qərarlaşıb. Üçüncü yerdə isə 31 qızıl, 26 gümüş və 33 bürünc medalla İran qərarlaşıb.

Qeyd edək ki, sabah Türkiyə idmançıları ən çoxu 5 qızıl medal qazana bilərlər və bununla da, yarışların bitməsinə bir gün qalmış Azərbaycan yığması bütün digər ölkələr üçün əlçatmazdır və İslam Oyunlarının medal sıralamasının vaxtından əvvəl qalibidir.

BIR CAVAB BURAXIN