Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşünün vaxtı məlum olub

0
718

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün vaxtı məlum olub.

 

APA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə “RİA Novosti”yə bildirib ki, görüş iyun ayının sonlarına planlaşdırılır.

 

*** 16.42

 

Moskva. Fərid Əkbərov – APA. Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham ƏliyevSerj Sarkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər.

 

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya XİN-dəki mənbə bildirib.

 

Mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır: “Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq”.

 

Qeyd edək ki, bu gün Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı məlumat yayıb.

 

Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.

BIR CAVAB BURAXIN