Azərbaycan elə bir döyüş helikopteri alır ki… – düşmənin sürətli məhvi

0
797

Türkiyə ilk milli qırıcı olan TF-X-in hazırlanması istiqamətində ciddi addımlar atır.

Publika.az xəbər verir ki, “Rolls Royce” kampaniyası bu qırıcıların mühərrəkini hazırlayacaq.

Məlumatlara görə, ötən həftə Türkiyədə səfərdə olan kompaniyasının icraçı direktoru Varren Eastla prezident Rəcəb Tayyip Ərdoğan arasında bununla bağlı razılıq əldə olunub.

“Akşam” qəzeti yazır ki, anlaşmada Ankaranın əsas şərtləri “ortaq istehsal”, “texnoloji məlumatların paylaşılması” və “üçüncü ölkələrə satış” məsələsidir.

“Rolls Royce” Türkiyənin bu şərtlərinə müzakirə edəndən sonra cavab verəcək.

Təklifə cavab müsbət olarsa, Türkiyə 2023-cü ildə ilk milli qırıcısını istifadəyə verməyi düşünür. Həmçinin, bu qırıcıları istədiyi ölkəyə satmaq hüququnu əldə edəcək.

Türkiyənin milli qırıcıya sahib olması Azərbaycan nöqteyi-nəzərindən də maraqlıdır. Çünki gələcəkdə bu döyüş helikopterlərindən ala bilməyimiz ehtimalı böyükdür.

Bununla yanaşı, Azərbaycan “ATAK” döyüş helikopterlərini almaq üçün hazırda Türkiyə ilə danışıqlar aparır.

Daha əvvəl “ATAK”-ın satışında problemlər var idi. Çünki helikopterin mühərriki İtaliyada hazırlansa da, bəzi hissələr ABŞ-da sertifikatlaşdırılmışdı. Buna görə də ABŞ-ın icazəsi olmadan Türkiyə helikopteri başqa ölkəyə sata bilmirdi.

Məlumatlara görə, bu problem aradan qalxıb və hazırda Azərbaycan, Pakistan, Qatar və digər ölkələr “ATAK”-a sahib olmaq üçün danışıqlar aparır.

Qeyd edək ki, “ATAK” helikopterləri bir çox özəlliyi ilə seçilir. Xüsusilə döyüş vaxtı havadan düşmən qüvvələrinə operativ zərbələrin vurulmasında bu helikopterlərin rolu böyükdür.

Türkiyə milli qırıcı TF-X-i istədiyi vaxt üçüncü ölkəyə satması üçün “ATAK” məsələsində etdiyi səhvi təkrarlamaq istəmir. Bu baxımdan, öz şərtlərini əvvəlcədən irəli sürüb.

Publika.az

BIR CAVAB BURAXIN