Azərbaycanlı qız Türkiyədəki izdivac verlişində özünü biabır etdi

0
178
Türkiyənin evlilik verlişlərindən birində azərbaycanlı xanımın iştirakı ilə ilginc hadisə baş verib. 
Musavat.com xəbər verir ki, Zühal Topal  adlı aparıcının təqdim etdiyi verlişdə tez-tez küsüb-barışan cütlüklərdən olan Naz ilə Bahanın arasına azərbaycanlı bir qız girib. Esmira adlı qız Azərbaycandan gəldiyini deyərək, cütlüyün küskün olduğu vaxtda Baha ilə tanış olub yazışdığını və qəhvə içdiyini deyib.
Həddən artıq makiyajdan istifadə edən və vulqar görüntüsü ilə diqqət çəkən azərbaycanlı qız cütlüyün arasına girdiyini etiraf edib. Deyib ki, Bahanı Nazın əlindən almağa gəldim”.
Gənc oğlan Esmira ilə aralarındakı münasibətin dostcasına olduğunu desə də, Esmira bunu israrla qəbul etməyib və səmimi münasibət qurduqlarına işarə vurub. Baha daha öncəki verlişlərdən birində Esmira adlı bir qızla sosial şəbəkə vasitəsilə münasibət qurduğunu demişdi. Son verlişdə isə onunla qəhvə içdiyini etiraf edib.
Bu dialoqdan qıcıqlanan Naz isə studiyanı tərk edib. Video Türkiyədə xeyli müzakirəyə səbəb olub. Müzakirələr zamanı bu olaydan çıxış edərək, azəri qadınların yuva dağıdan olması” ilə bağlı xeyli fikir səsləndirilb.
Bundan başqa, azərbaycanlı qızın davranışları, danışığı da mənfi reaksiya doğurub. Onu “Nataşalardan heç bir fərqi yox idi”,- deyə müzakirəyə çıxaranlar da olub.
Müzakirə iştirakçılarının bir qismi isə bunun qurama ssenari olduğunu, verlişin reytinqini artırmaq üçün təşkilatçılar tərəfindən uydurulduğunu yazıblar. Hansı versiyanın doğru olmasından asılı olmayaraq, azərbaycanlı xanımın davranışları xoş qarşılanmayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve − four =