Azərbaycanlı gəncdən milli avtomobil dizaynı – Video

0
1104


 

Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov milli avtomobil modelinin eskizini hazırlayıb.

Arazinfo Xəzər xəbər-ə istinadən xəbər verir ki, iki ildən çoxdur üzərində işlənən “Azerant Buta” modelinin dizaynında milli ornamentlər əsas götürülüb.

“Azerant Buta” avtomobilinin loqosunda gerbimiz və səkkizguşəli ulduz da əks olunub. Ön hissədə radiator barmaqlıqları Şirvanşahlar sarayının qala divarlarındakı şəbəkə naxışı dizaynı əsasında işlənib.

Aerodinamik və modern üslubda hazırlanan modelin texniki göstəricilərinin necə olmasına isə mühəndislər qərar verə bilərlər. Əgər layihə gerçəkləşdirilsə, bu model ekonom sinfə aid olacaq.

Ramil Nəcəfov artıq Müəllif Hüquqları Agentliyindən layihəni özününküləşdirmək üçün şəhadətnamə də alıb. O, yeni dizaynını yaxın vaxtlarda aidiyyəti qurumlara və dünyanın ən məşhur avtomobil şirkətlərinə göndərməyi düşünür.

Gənc dizayner bu avtomobilin gələcəkdə Azərbaycanın milli brendi olacağına və layihənin aidiyyəti qurumlardan müsbət rəy alacağına ümid edir.

BIR CAVAB BURAXIN