Azərbaycanı narazı salan bəyanatın müəllifi Bordyuja postundan getdi

0
313

KTMT-nın keçmiş katibi Nikolay Bordyuzha, 29 yanvar 2013

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja səlahiyyət müddəti başa çatdığı üçün postunu tərk edib. Onu bu vəzifədə baş katibin müavini Valeriy Semernikov əvəz edəcək.’​

Bu barədə qurumun rəsmi saytında məlumat verilir.

Nikolay Bordyuja 2003-cü ildən KTMT-nin baş katibi idi.

Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvüdür.

Dekabrın son günlərində Azərbaycan-Ermənistan sərhəddində baş vermiş insidentə münasibət bildirərkən Bordyuja “Dağlıq Qarabağ Respublikası” kəlməsini işlətmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı etiraz bəyanatı vermişdi.

Dünya ölkələri Azərbaycanın Qarabağ bölgəsində özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikasını” tanımır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

6 + 2 =