Azərbaycanda Prezidentdən də çox maaş alanlar – Ayda 50 min, 100 min manat…

0
128

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Ölkə başçısının qərarı 1 milyon 350 min nəfərə şamil olunub.

Maraqlıdır, hazırda Azərbaycanda ən çox əməkhaqqı verilən sahələr hansılardır?

Ən yüksək maaş bu sahələrdədir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Azərbaycanda ən çox maaş verilən sahələr neft-qaz-mədən sektorundadır:

“Bu sahə üzrə dövlət sektorundakı işçilərin əməkhaqqı 1500 manat, özəl sektorda 4000-4500 manatdır. İkinci yerdə bank, maliyyə, sığorta fəaliyyətilə bağlı sahələr dayanır. Bu sahə üzrə dövlət sektorunda maaş 1400-1500 manat, özəl sektorda 1600 manata yaxındır”.


“230-300 manat maaş alanlar da var”

İqtisadçı-deputatın sözlərinə görə, ən az əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq sahələrindədir:

“Bu sektorlar üzrə həm dövlət, həm də özəl sahələrdə əməkhaqqı aşağıdır. Səhiyyə, sosial xidmətlər sahəsində əməkhaqqı 230-300 manata yaxındır. Amma ümumilikdə özəl sektorda dövlət sektoruna nisbətən əməkhaqlarının yüksək olduğu sahələr daha çoxdur. Peşə, elmi, texniki  fəaliyyət sahəsində dövlət sektorunda 400-500 manat maaş verilirsə, özəldə bu məbləğ 2 min manatadəkdir. Belə fərqlər çoxdur”.

100 min manat maaş…

V.Əhmədov ayrı-ayrı özəl şirkətlərdə 50-100 min manat maaş alanların olduğunu istisna etməyib:

“Bunlar iri özəl şirkətlərdir. Onlar öz gəlirlərindən dövlət büdcəsinə vaxtlı-vaxtında vergi ödəyirsə, istədiyi maaşı verə bilər. Amma belə olanda dövlət və özəl sektor arasındakı əməkhaqqı fərqi getdikcə artır. Bunun da müəyyən araşdırmalara ehtiyacı var”.

“Rüfət Aslanlı maliyyə sektorunun qara səhifəsidir”

Parlamentari qeyd edib ki, özəl sektorda daha yüksək maaş faktlarını mətbuatda gedən məlumatlardan da görmək olar:

“Bir vaxtlar Maliyyə Bazarlarına Nəzarət Platasının sabiq rəhbəri Rüfət Aslanlının maaşı barəsində də məlumatlar tirajlanırdı. Onu da deyim ki, Rüfət Aslanlı iqtisadiyyatda bir epizod idi, keçib getdi. Azərbaycan maliyyə sistemi tarixində qara səhifə idi, bir dəfə oxundu, onunla da bitdi”.

“Onun maaşını müqayisə edib, uzağa getmək olardı”

İqtisadçı jurnalist Əli Əhmədov da öz növbəsində Modern.az-a açıqlamasında Azərbaycanda ən yüksək əməkhaqqı verilən sahələr barədə danışıb. O bildirib ki, ən yüksək maaş neft-qaz, informasiya-kommunikasiya texnologiyaları, bank sektoru, mobil operatorlardan – “Azercell”, “Bakcell”, “Nar” dadır:

“Təqribən iki il əvvəl isə KİV-lərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərlərinin maaşları açıqlandı. Həmin məlumatlarda Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının (indi DŞ ləğv olunub və R.Aslanlı da işdən azad edilib ) aylıq maaşı 65 min manat göstərilmişdi. KİV-də hay-küy qalxdı ki, onun maaşı prezidentin (15 min manat) maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqıdan 130, orta aylıq pensiyadan isə düz 325 dəfə çoxdur. Əslində real rəqəmlər də bundan çox fərqlənmirdi. Palatanın keçmış rəhbərinin aylıq əmək haqqı doğrudan da, ildə təqribən 400  min dollar və ya 700 min manat, yəni ayda təqribən 58 min manat ətrafında olmuşdu. Həmin məbləğdən  38% (35% vergi, +3% DSMF-ə ödənişlər) çıxıldıqdan sonra təmiz maaş 36 min manat təşkil edirdi. İlk baxışdan, ayda hətta 36 min manat da çox yüksək məbləğ sayılır. Onu həvəslə prezidentin (15000 manat), baş nazirin (2460 manat) və nazirlərin maaşları (1925) ilə müqayisə edib, uzağa gedən nəticələr çıxarmaq olardı”.


Bank sektorundakı “bulaq”ın qaynağı

Əli Əhmədov qeyd edib ki, gəlirli sahələrdən sayılan maliyyə sektorunda – bank və sığorta şirkətlərində maaşların təyin edilməsi prinsipi tamamilə fərqlidir:

“Əvvəla burada maaşlar qat-qat yüksəkdir. Bankın sıravi işçilərinin maaşları  nazirlərin əməkhaqqına bərabərdir. Rəhbər işçilərə gəlincə isə, bankların Müşahidə Şurası və ya İdarə Heyəti sədrinin aylıq əmək haqqı 20-35 min manat arasında dəyişir. Sistem banklarının (yəni aktivlərinin həcmi və digər göstəricilərə görə, ölkənin bank sistemi üçün mühüm əhəmiyyət daşıyan) rəhbərlərinin əmək haqqı isə 50 min manata çatır. Amma bu da hamısı deyil. Bir qayda olaraq bank rəhbərləri maaşla yanaşı, ilin sonunda ödənilən bonuslar da əldə edirlər. Bonusların məbləği bankın fəaliyyətinin nəticələrindən ibarətdir və orta hesabla ildə 100-500 min manat arasında dəyişir. Amma həddən artıq böyük məbləğlərə də rast gəlinir. Məsələn, bir neçə il əvvəl riteyl banklarından birinin aparıcı rəhbəri, indi isə başqa bir holdinqə rəhbərlik edən şəxs ilin nəticələrinə görə 5 milyon dollarlıq bonus almışdı.

İlk baxışdan fantastik məbləğlərdir. Amma nəzərə alanda ki, bu şəxslər bir neçə milyard dollarlıq aktivləri idarə edir və öz banklarına çoxmilyonluq gəlirlər  gətirir, onların gəlirlərinin nəyə görə belə yüksək olduğu aydınlaşır”.

Baş nazirin maaşını qazanmaq üçün…

İqtisadçı jurnalistin sözlərinə görə, maliyyə sektorundakı yüksək maaşlar nəzarət qurumlarında da tətbiq olunur:

“Hələ bir neçə il əvvələ qədər Mərkəzi Bankın rəhbər işçilərinin aylıq əmək haqqı 10-15 min manat ətrafında dəyişirdi. Bu mənada maliyyə sektorunun bir hissəsi olan və yüksək peşəkarların işlədiyi Maliyyə Bazarlarına Nəzarət Palatasında da əmək haqlarının yüksək olması başadüşüləndir. Ümumilikdə, dövlət və özəl sektorunun maaşları arasında – əlbəttə ki söhbət rəsmi gəlirlərdən gedir – böyük bir uçurum yaranıb. Nazirlər üçün nəzərdə tutulan rəsmi maaşı (1925 manat) banklardakı kredit mütəxəssisləri asanlıqla qazanır. Baş nazirin maaşını (2460 manat) qazanmaq üçün isə tikinti sahəsində icraçı və mobil operatorların birində aparıcı sıravi mütəxəssis olaraq bütün gün ərzində bir-iki cümlə yazmaq və ya telefon zənglərini cavablandırmaq kifayətdir”.FacebookTwitterМой мирВконтактеGoogle+

Tarix: 2019/09/03 12:34

Ölkə

Baxış sayı:

781

  Dostlarımızın xəbərləri

Digər xəbərlər

“İdeal”dan aldığı ətirin qalıcılığı olmadığı üçün geri qaytardı, başına gəlməyən qalmadı – İDDİA (FOTO)

”Doğrudur, bir ətirlə mən heç nə itirməyəcəm, amma ”İdeal” bu saxtakarlıqla hələ çox insanın büdcəsini dağıdacaq”.

Ä°lgili resim

Azərbaycanın “vurulan” məşhur icra başçıları hardadır? (SİYAHI)

Azərbaycanın yaxın tarixində elə rayon rəhbərləri olub ki, onlar öz tanınmışlıqlarına və maddi qüdrətlərinə görə hətta bir

“Xalq ulduzu” qadınları videolarla şantaj edib — PUL QAZANIRMIŞ – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri şantaj edərək pul almaqda təqsirləndirilən, 1990-cı il təvəllüdlü Məmmədov Səfa Şəfa

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında sentyabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda “Venesiya mənzərərəsi”: Maşınlar suda qaldı – VİDEO

Bu gün səhər saatlarında Bakının Sabunçu rayonunda minik avtomobili suda batıb. Bu barədə hadisə şahidləri məlumat veriblər.

Hacı Mazan təcili Almaniyaya aparıldı

İyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazan (Ramazan Əliyev) Almaniyaya

Çingiz Qənizadə: “Hakimlər ən çox mülki məsələlərlə bağlı ədalətsiz qərar çıxarır”

Məhkəmə hakimiyyətində çoxsaylı kadr dəyişiklikləri olmalı və tələblər konkretləşdirilməlidir. Qanunsuz qərar və qətnamə çıxaran hakimlər ciddi cəzalanmalıdır.

Fotodakı xanım Azərbaycan gözəli seçilib? – AÇIQLAMA

Ötən gün ”The Best of Azerbaijan 2019” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.

Azərbaycanda biruşaqlı ailələrin sayında ciddi artım qeydə alındı

2011-ci ildən başlayaraq doğulan uşaqların sayının azalması prosesi gedir.

 Redaktor seçimi

“İdeal”dan aldığı ətirin qalıcılığı olmadığı üçün geri qaytardı, başına gəlməyən qalmadı – İDDİA (FOTO)

Rəqsanə 11 il əvvəl aldığı paltarların pulunu hələ də ödəməyib

“Qohum şirkətlər”, xərclənən milyardlar, bərbad infrastruktur… – “Azərsu” haqda ARAŞDIRMA

Bakıya gələn ərəblərin “gözü açılıb” – Satıcılar maraqlı faktlar açıqladı (REPORTAJ)

Tanınmış şəxslərin gülməli qorxuları – Cüt rəqəm, kloun, geri dönmək… (FOTOLAR)

İcra başçısının Qaxda milyonluq istirahət mərkəzi – FOTOLAR

Cəsədlərlə dolu meşə… – Buraya girən özünü öldürür (DƏHŞƏTLİ FAKTLAR) – FOTOLAR

 XƏBƏR LENTİ

14:28

“İdeal”dan aldığı ətirin qalıcılığı olmadığı üçün geri qaytardı, başına gəlməyən qalmadı – İDDİA (FOTO)

14:17

Azərbaycanın “vurulan” məşhur icra başçıları hardadır? (SİYAHI)

14:12

“Xalq ulduzu” qadınları videolarla şantaj edib — PUL QAZANIRMIŞ – FOTO

14:01

Məktəbli yarmarkaları: qiymətlər də aşağıdır, alıcılıq qabiliyyəti də – VİDEO

13:50

“Qalatasaray”ın ulduzu Falkaonun həyat yoldaşı haqqında maraqlı FAKTLAR – FOTO

13:41

“Facebook” “like”ları göstərməyəcək

13:29

İtaliya və Almaniya Azərbaycandan fındıq idxalını artırmaq istəyir

13:18

Sabahın hava proqnozu açıqlanıb

13:12

Bakıda “Venesiya mənzərərəsi”: Maşınlar suda qaldı – VİDEO

13:08

Bakıda narkotacir görün hansı cildə giribmiş? – Diqqət yayındırırmış – FOTO

13:03

Tünzalənin “laçın vaxtları” qalmaqala səbəb oldu

12:51

“Söyüş söymə, burda qadınlar var…” – Toyda kütləvi dava

12:43

Faşistlərin səhra fahişəxanaları – fərqlənən döyüşçülər normadan əlavə olaraq qadınla mükafatlandırılıblar

12:34

Azərbaycanda Prezidentdən də çox maaş alanlar – Ayda 50 min, 100 min manat…

12:14

Taciri polisə verdilər – “Xəstə it satıb”

12:06

Hacı Mazan təcili Almaniyaya aparıldı

11:53

Azərbaycanda insanlar ən çox xərçəngin bu növlərindən əziyyət çəkir – RƏSMİ

11:45

“Təxəllüs götürən məşhurlar qeyrətli oğullardan icazə almalıdır”

11:25

“Sevilya” “Qarabağ”a rəsmi təklif göndərdi: Mahir üçün

11:12

Çingiz Qənizadə: “Hakimlər ən çox mülki məsələlərlə bağlı ədalətsiz qərar çıxarır”

10:55

Qara çörək, yoxsa qaraldılmış çörək? – Firmalar hiyləgərlik edir – VİDEO

10:39

Gürcüstanın yeni baş naziri məlum olub

10:28

Bakıda ana və oğlu itkin düşdü

10:13

Fotodakı xanım Azərbaycan gözəli seçilib? – AÇIQLAMA

9:59

Ət yeməyənlərə xəbərdarlıq: Fəsadları uşaqlarınıza təsir edə bilər

9:40

Faciə yaşamış insana bu 5 ifadəni demək olmaz

9:26

Azərbaycanda biruşaqlı ailələrin sayında ciddi artım qeydə alındı

9:13

Hakimiyyət “savaş” mövqeyindən barış mövqeyinə keçir – səbəblər

8:52

Bakıda ər arvadına 14, baldızına isə 5 bıçaq zərbəsi vurub

8:36

Bakı bulvarında ŞOK ANLAR – Heç kim kömək edə bilmədi – VİDEO

8:26

Qəbələdə zəlzələ

8:08

Ronaldo vəsiyyətnamə yazdı

0:05

Bürclər: 3 Sentyabr

23:42

İpotekasını ödəməkdə çətinlik çəkirdi… – “Qarabağ”ın yeni transferinin hekayəsi

23:28

İcra hakimiyyətinin şöbə müdiri işdən çıxarıldı

23:13

Bulvarda film kimi hadisə: Sədr gənci ölümdən qurtardı – VİDEO

22:57

Sabirabadda “KamAZ”lar toqquşdu: bir ölü, bir yaralı

22:35

Ayna Sultanovanın hasarlar arxasında qalan heykəli götürüləcək?

22:16

Rusiya səfiri xəstəxanada öldü

21:57

50 dollara görə 36 il həbsxanada yatdı

21:37

Ağızdan pis qoxu gəlməsi hansı xəstəliyin əlamətidir?

21:26

Rusiyada azərbaycanlı ilə polislər arasındakı insidentin görüntüsü – VİDEO

21:06

Türkiyə Rusiya ilə qırıcılarla bağlı danışıq aparmır – Nazir

20:45

Bakıda əcnəbi əcnəbini soyub

20:32

“Express Bank”ın sədri işdən çıxıb

20:16

“Quran”ın rus dilinə yeganə qadın tərcüməçisi vəfat edib

19:56

Sumqayıtda 34 yaşlı qadın döyülüb

19:38

Roma papası 25 dəqiqə liftdə qaldı – VİDEO

19:27

Rəqqas səhnədə faciəvi şəkildə öldü- Hadisənin anbaan görüntüləri – VİDEO

19:09

Vilayət Eyvazov və Əli Nağıyevlə bağlı sərəncam

Bütün xəbərlər

Переговоры по Карабаху теряют смысл 

На Ближнем Востоке есть поп… .

Эльдар Зейналов: «Зависимых» и независимых экспертов в азербайджанских судах не существует

В последнее время очень мно… .

Ереван обозначил точку отсчета. Но поможет ли она ему?!

За время существования кара… .

 TOP-5

Azərbaycanlı qızlar maşında turistlərlə intim əlaqədə olarkən belə tutuldular -

Azərbaycanlı qızlar maşında intim əlaqədə olarkən belə tutuldular – VİDEO

Kişi görüşdüyü qadının evinin tualetində öldü – Azərbaycanda

Bakıya gələn ərəblərin “gözü açılıb” – Satıcılar maraqlı faktlar açıqladı (REPORTAJ)

Bakıda üç uşaq anası ilə eşq macərasının dəhşətli sonu: “Ərim gələcək…” – TƏFƏRRÜAT

Azərbaycanda bu dövlət idarələri LƏĞV EDİLİR