Azərbaycanda hər ay 1000-dən çox cütlük boşanır – Rəsmi statistika

0
546

1490342645_boshanmaf

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır.
Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikahın pozulmalarına dair rəsmiləşdirilmiş rəqəmlər ciddi narahatlığa əsas verir.

Boşanmaların statistikasına baxaq:
2016-cı ildə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13100 boşanma halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,4 olub. Başqa sözlə, ötən il hər ay təxminən 1091 ailə boşanıb. Bu isə günə 36-dan çox boşanma deməkdir.

2015-ci ildə boşanan ailələr 12764 olub. 2014-cü ildə 12088, 2013-cü ildə 11730 ailə dağılıb.

Göründüyü kimi, boşanmalarda ildən-ilə ciddi artım baş verir.

Ekspertlər boşanmaların əsas səbəbləri sırasında ər-arvadın bir-birinə güzəştə getməməsini, işsizliyi, yoxsulluğu, insanların ailə qurmağa mənəvi cəhətdən hazır olmamasını və digər amilləri göstərirlər.

BIR CAVAB BURAXIN