Azərbaycanda antiradarlar niyə qadağan edilib?

0
217

Avtomobillərdə antiradar və radar detektorlarından istifadə qanunla qadağan olunub.

Sürücülər isə bundan narazıdırlar. Əgər yolda radar olduğunu bildirən nişan qoyulursa, radar detektorlarının istifadəsi niyə qadağandır?

Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirib ki, antiradarlar radarların işinə mane olduğuna görə, radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib.

Belə ki, sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.

Qeyd edək ki, Azərbaycanda avtomobillərdə antiradar və radar detektorlarından istifadə edən sürücüləri yüksək məbləğdə cərimə gözləyir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × four =