Azərbaycanda 3 min il əvvələ aid böyük dəfinə tapıldı

0
252

Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı 3000 il yaşı olan kurqan aşkar edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İlyas Babayevin rəhbərliyi ilə aparılan arxeoloji araşdırmalar zamanı bu kurqanın eramızdan 1000 il əvvəl Qəbələ ərazisində yaşayan qəbilələrin, tayfaların başçısının kurqanı-yəni dəfn edildiyi yer olduğu məlum olub.
Diametri 35 metr olan kurqanın dəfn kamerası 4 metr daş və 3 metr torpaq qatı altından aşkarlanıb.
İ. Babayev qeyd edib ki, 1971-ci ildə həmin ərazidə arxeoloji qazıntılar zamanı iki ədəd xırda kurqan aşkar edilib. Həmin kurqanlar açılanda oradan böyük dəfinə tapılıb. Alimlər bu dəfinəni analiz edərək, Azərbaycan ərazisində pul sikkələrinin çap olduğunu və yerli xalqların 3000 il əvvəl beynalxalq ticarətə qoşulduğunu təsdiqləyiblər. İ. Babayev ərazidə araşdırmaların davam etdiriləcəyini və Azərbaycan tarixi ilə bağlı yeni faktların üzə çıxacağını bildirib.
Qeyd edək ki, yeni tapılan tayfa başçısının kurqanı isə Azərbaycan və Koreya arxeoloqlarından ibarət beynəlxalq ekspedisiya tərəfindən öyrəniləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eight − five =