Azərbaycan xalqı üçün çıxış yolu nədir?

0
135

Dünən olduğu kimi, hazırda da əsas problem Azərbaycan məsələsidir. Bir az da, konkretləşdirsək Azərbaycan türklərinin birdəfəlik aradan qaldırılmasıdır. Özü də, bu proses ən azı iki istiqamətdə: Azərbaycanın quzeyində və Güneyində gedir. Azərbaycanın quzeyində bu prosesi son iki əsrdə Rusiya aparmışdır və aparmağa davam edir. Rusiya Azərbaycan Türklərini məhv etmək üçün ikibaşlı iş görüb: 1) Azərbaycan Türklərinə qarşı qeyri-türklərdən daim maksimum dərəcədə istifadə etmək. Bunların da başında öncə xristian ermənilər, gürcülər gəlir. Daha sonra da müsəlman kürdlər, talışlar, ləzgilər və b. gəlməkdədir. 2) Rusya Azərbaycan Türkləri, o cümlədən də qarışıq olanlar (yarı türk ) arasında assimilyasiya işi aparmışdır və aparmağa da davam edir. Hələ çar Rusiyası dövründə mövcud olmuş rus-tatar məktəbləri, eləcə də Sovet Rusiyası dövründəki rusdilli məktəblər bu işə xidmət etmişdir və etməyə də davam edir. Artıq Azərbaycan Respublikasında yetərincə rusdilli, ya da rus təfəkkürlü əhali formalaşıb. Bu rusdilli, ya da rus təfəkkürlü əhali arasında ermənilər və kürdlər də müəyyən yer tutmaqdadır. Azərbaycançılıq, ya da multikulturalizm adı altında həmin kütlə Azərbaycan Respublikasında rahatlıqla hərəkət etməkdədir. Belə olduğu təqdirdə, Azərbaycan Respublikasında türk ruhlu əhalinin əl-qolu bağlı qalmaqdadır. Sadəcə, türk ruhlu əhalinin könülünü ələ almaq üçün bir neçə şüarçı türkçüyə meydan verilib. Bu həm də, Türkiyə ilə sözdə bir millət iki dövlət siyasətinə uyğunlaşdırılır. Faktiki olaraq, Azərbaycanın quzeyində türklük ruhunun məhv edilməsi prosesi getməkdədir. Bu isə o deməkdir ki, Türklük ruhundan uzaq Azərbaycan əhalisi müharibə istəməyəcək, üstəlik yavaş-yavaş Qarabağın de-yure itirilməsi ilə də razılaşacaqdır. Davamı var…

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dosent Faiq Ələkbərli 1-ci yazı