“Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırır”

0
15
“Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə Moskvada keçirdikləri görüşdə deyib.
“Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, etibarlı dost və tərəfdaşıq, strateji tərəfdaşıq. İqtisadi sahədə dinamika çox müsbətdir, həm bu ildə, həm də keçən ildə. “Şimal-Cənub” layihəsinin həyata keçirilməsinin konkret nəticələrini görürük, artıq Azərbaycandan keçməklə Rusiyadan gələn yük axını artmaqdadır və bu da fəaliyyətimizin müsbət nəticəsidir. Bütün sahələrdə, o cümlədən humanitar sahədə, hesab edirəm ki, əlaqələrimiz, ümumiyyətlə, nümunəvidir. Odur ki, yaxşı dinamika, yaxşı nəticələr əldə etdiyimizə və gələcəyə ümidlə baxdığımıza görə şadam”, – Prezident İlham Əliyev sözlərinə əlavə edib.
Öz növbəsində, Rusiya prezidenti Vladimir Putin də ölkələr arasında iqtisadi artımları qeyd edib: “Ötən il ərzində ticarət dövriyyəsində 34,4% artım qeydə alınıb, bu ilin birinci rübündə isə daha 19% artım olub. Başqa sözlə, bu, çox yaxşı tempdir, bunu davam etdirməliyik. Siyasi tərkibə gəlincə, hər şey sabitdir, parlamentlər xətti ilə daimi əlaqələr mövcuddur, ictimai təşkilatlar xətti ilə humanitar əlaqələr inkişaf edir”.(report.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here