Azərbaycan oliqarxlarının gizli şirkətləri

0
934
 

Avropa Şurasının Korrupsiyaya Qarşı Ölkələr Qrupu (GRECO), bir neçə ildir, Azərbaycan hökumətinə tövsiyə edir ki, deputatlar, məmurlar, hakimlər və prokurorlar gəlir deklarasiyalarını açıqlasınlar. Amma nə fayda. Tövsiyəyə əməl olunmur ki, olunmur.

“Bu sahədə ciddi irəliləyişin olmaması… məmurların əmlakını bəyan etməsi üçün effektiv sistemi işə salmağa siyasi iradənin çatmamasından şübhələnməyə əsas verir» – qrupun 17 martda (2017) açıqlanan son Qiymətləndirmə hesabatında belə deyilir.

 

Azərbaycanda məmurlara və deputatlara bağlı bəzi şirkətlər nəinki bəyan edilmir, hətta ciddi-cəhdlə gizlədilir. AzadlıqRadiosu-nun araşdırmasından məlum olur ki, gizlədilən şirkətlər əsasən ən yüksək vəzifəli məmurlara bağlı olanlardır. O

 

 

Şirkət məlumatlarının vətəndaş üçün açıq olması əhəmiyyətlidir. Bunu iqtisadçı Natiq Cəfərli deyir:

Natiq Cəfərli

Natiq Cəfərli

“Belə reyestrlər vətəndaşlara xidmətləri təklif edənlər, istehsalçılar, ünsiyyətdə olduğu şirkətlərlə bağlı məlumat toplamağa imkan verir. Vətəndaşlar büdcə tenderlərini udan, onların istehlak etdiyi malları istehsal edən şirkətlər barədə məlumatları əldə etmək imkanında olmalıdırlar”.

İqtisadçı təəssüflə bildirir ki, Azərbaycanda vətəndaşın ala biləcəyi informasiya da tam deyil.

2012-ci ilədək Vergilər Nazirliyinin reyestrində şirkətlərin sahibi barədə də məlumat tapmaq olurdu. Lakin bir sıra jurnalist araşdırmaları böyük büdcə sifarişləri udan şirkətlərin arxasında məmurların dayandığını aşkara çıxardıqdan sonra qanunlara dəyişiklik edilərək, həmin məlumatlar gizlədildi.

Natiq Cəfərli deyir ki, başqa ölkələrin reyestrlərində daha çox məlumat verilir – təsisçilər, maliyyə vəziyyəti, vergi tarixçəsi və s göstərilir. Təəssüf ki, azərbaycanlılar hətta büdcə sifarişləri hesabına qazanan şirkətlər barədə də bu cür dolğun məlumatları ala bilmirlər.

Əkrəm Həsənov: Özlərini biabır edirlər

Əkrəm Həsənov, bank məsələləri eksperti

Əkrəm Həsənov, bank məsələləri eksperti

Hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, bu məlumatların gizlədilməsi şirkətlərin nüfuzuna zərbə vurur.

 

“Mən bu işdə məlum holdinq və şirkətlərin rəhbərlərinin və hüquqşünaslarının bisavadlığını görürəm. O qədər savadsızdırlar ki, öz kölgələrindən belə qorxurlar. Guya bununla təsisçiləri qoruyurlar, əslində isə onları biabır edirlər. Güman edirəm ki, bu şirkətlərin təsisçilərinin bu işlərdən heç xəbəri də yoxdur. Vergilər nazirliyi isə ortada gəzən adamların dediyi ilə oturub-durur”.

 

Bu adların çoxu biznes ictimaiyyətinə və cəmiyyətə kifayət qədər tanış olsa da, barələrində kommersiya qurumlarının reyestrində məlumat yoxdur. Məsələn, «Qlobeks» MMC «Four Seasons Baku» mehmanxanası biznes adı ilə fəaliyyət göstərir. Holdinqə daxil olan «Absheron Hotel Group» MMC isə bu otelin sahibkarı olduğunu bildirir. Şəhərin ən mərkəzi məkanlarından birində, qədim qala divarının bir hissəsinin yerində salınan otelin idarəçisinin qeydiyyatı, nə hikmətdirsə, Vergilər nazirliyinin reyestrində tapılmır.

***Buna da bax: Bakıdakı o məşhur ünvanda daha bir “sirli” şirkət quruldu

Şəkil-1

16 «GİLAN» MMC – VÖEN 1400130241 – “Gilan” MMC “Sahra FZCO” və “Şams Al Sahra FZCO” (BƏƏ) şirkətlərinə aiddir. Şirkətlərə nazir Kəmaləddin Heydərovun oğulları Tale və Nicat sahiblik edirlər.
17 «CASPİAN TECH GROUP» MMC – 1401353731 – Bu şirkət “Gilan Texnika” MMC olaraq təsis olunub, sonradan adı dəyişdirilib.
18 “GİLAN GİPS” MMC – 1402129321 – “Gilan Holding” MMC-nin Goranboy rayonundakı gips zavodu.
19 «AZECOFARM» MMC (şəkil 6) – 1403345771 – Şirkət 2015-ci ildə 10 min manat kapitalla təsis olunub. Hüquqi ünvanı: Bakı ş., Süleyman Rüstəm, 9-dur. Həmin ünvanda “Ata Holdinq”ə aid digər şirkətlər qeydiyyatdan keçib. Holdinqin əsas payçısı prezidentin oğlu Heydər Əliyevdir.
20 «STEROP TƏMİR TİKİNTİ» MMC (şəkil 10) – 1403365671 – 2016-cı ildə S. Rüstəm, 9 ünvanında yaradılıb. Bu ünvanda əsasən “AtaHolding” MMC-nin və “Synergy Group” MMC-nin törəmə şirkətləri qeydiyyatdadır.
21 «KLOVAN» MMC (şəkil 7) – 1402783881 – 1 aprel 2014-cü il tarixində 50 min manat kapitalla yaradılıb. Hüquqi ünvanı: Bakı ş., S.Vurğun küç, ev 7-dir. Bu ünvanda Mehriban Əliyeva və qızları seçici kimi qeydiyyatdadırlar.
22 «CALLİNA» MMC (şəkil 8) – 1402783751 – 1 aprel 2014-cü il tarixində 50 min manat kapitalla yaradılıb. Hüquqi ünvanı: Bakı ş., S.Vurğun küç, ev 7-dir.
23 «AZİNKO DEVELOPMENT» MMC – 9900083471 – “Azinko Holding” MMC-nin törəmə şirkətidir. Tikintisinə 300 milyon dollardan artıq sərmayə qoyulmuş “Alov Qüllələri” otel və biznes mərkəzinin mülkiyyətçisidir. “Azinko Development” MMC-nin baş direktoru Hassan Gozal prezidentin qızlarının Vircin adalarındakı şirkətinin də direktorudur.
24 «AZİNKO DEVELOPMENT» MMC-NİN «ESPA FİTNES BAKI» FİLİALI – 1701326271 – Şirkətin “Alov Qüllələri” otel və biznes mərkəzindəki SPA və fitnes mərkəzi.
25 «AZİNKO DEVELOPMENT» MMC-NİN «ALOV QÜLLƏLƏRİ FAİRMONT OTEL BAKI» FİLİALI – 1701326141 – Bakıda şirkətə məxsus “Fairmont” oteli.
26 «AZENCO GROUP» MMC – 9900018171 – Elektrik obyektlərinin tikintisi və əsaslı təmiri ilə məşğuldur. Ölkədəki əksər kiçik su elektrik stansiyalarının, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin və “Azenco” ASC-nin sahibidir. Azadlıqradiosu-nun 2012-ci ildə dərc etdiyi araşdırmaları sayəsində ölkə prezidentinin ailəsinə məxsusluğu aşkar edilib.
27 “ADOR” MMC – 1700871041 – Bu şirkət 2008-ci mayında yaradılıb. 22 oktyabr tarixinə olan məlumata görə, direktoru Arzu İlham qızı Əliyevadır. Vergilər nazirliyi bu şirkətin dövlət qeydiyyatı məlumatlarını təsis olunduğu zaman mediada dərc etməyib. «Ador» MMC «Azenco Group» MMC-nin və «Paşa Bank» ASC-nin hər birində 30 faiz paya sahibdir.

Vergilər nazirliyinə göndərilmiş sorğuya qanunla müəyyən olunmuş müddətdə cavab verilməyib. Halbuki, qurum müxtəlif sorğularda informasiya açıqlığına görə daim digər dövlət qurumlarından irəlidə olub.

 

Şəkil-4.

Şəkil-4.

Nazirliyin susqunluğu bəlkə də anlaşılandır. Axı adları və məlumatları dövlət reyestrindən yoxa çıxan şirkətlərin hamısının arxasında böyük adlar dayanır.

“Azinko”, “Azenco”, “Gilan” – arxalı şirkətlər

«Azenco Group» MMC Sumqayıt Texnologiyalar Parkının, «Azenco» ASC-nin, ölkənin bir neçə regionunda kiçik su elektrik stansiyasının mülkiyyətçisi olduğu məlumdur.

AzadlıqRadiosu-nun 2012-ci ildə apardığı araşdırma bu şirkətin prezident ailəsinə məxsus olduğunu aşkara çıxarmışdı.

«Azinko Development» MMC bir çox tikinti və daşınmaz əmlak layihələrini idarə edir. Onlardan biri də Bakının rəmzlərindən birinə çevrilmiş «Alov Qüllələri»dir. Bu şirkət haqda da məlumat ictimaiyyət üçün qapalıdır. Hərçənd ki, jurnalistlər bu şirkətin də prezident ailəsi ilə bağlılığını üzə çıxarıblar. Məlum olub ki, şirkətin direktoru Hassan Gozal həm də prezidentin qızlarının Vircin adalarındakı şirkətlərində direktor işləyir.

Şəkil-5

Şəkil-5

Bu siyahıda adı çəkilən şirkətlərin ikisi – «Gilan» MMC və «Caspian Tech Group» MMC (keçmiş «Gilan Texnika») «Gilan Holding» şirkətlər qrupuna daxildir. Holdinqə və onun sahiblərinə bağlı olan şirkətlərin sayı yüzlərlədir. Amma nədənsə, məhz bu iki şirkətin haqqında məlumatın açıq olmasını istəmirlər. «Gilan» MMC-nin tərkibində çoxlu sayda otel, istehsal və xidmət müəsssisəsi var. «Caspian Tech Group» MMC də biznesin bir çox sahələrində fəaliyyət göstərir.

Şəkil-6.

Şəkil-6.

«

 

Şəkil-7.

Şəkil-8

Şəkil-8

Şəkil-9.

Şəkil-9.

Şəkil-10.

Şəkil-10.

BIR CAVAB BURAXIN