Azərbaycan milli rəqsi “Qaytağı” niyə “Ləzginka” kimi təqdim edilir?

0
3490

Azərbaycanın qədim və milli rəqsi olan “Qaytağı” nə üçünsə “Ləzginka” kimi təqdim edilir. Sözün düzü bunu başa düşməkdə çətinlik çəkirəm. Bu barədə ara-sıra mətbuatda yazıların getməsinə, rəqs bilicilərimizin “Qaytağı”nın “Ləzginka” kimi təqdim edildiyini  söyləmələrinə baxmayaraq   məsələ bununla bitmiş hesab edilir. Görünür, biz milli – mənəvi dəyərlərimizin nəinki bizə düşmən olanlar, həm də daxildəki dostlarımız tərəfindən “özününüküləşdirilməsinə” adət etmişik. Əgər bu gün milli -mənəvi dəyərlərimizə münasibətdə milli musiqimizin oğurlanmasına belə münasibət bəsləməkdə davam etsək, onda min illərdən bizə yadigar qalan mənəvi-mədəni irsimiz   qonşularımız tərəfindən talanmaqda davam edəcək və gələcəkdə bizdən bir nişanə də qalmayacaq…

Görəsən bizi gözləyən belə bir faciənin qarşısını kim alacaq və ya bunun qabağını almağa qeyrətimiz çatacaqmı?

Müqayisə: Bu “Qaytağı” rəqsimizidir…

Bu isə “Lezginka”dır

BIR CAVAB BURAXIN