“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır”

0
39
“Azərbaycana səfər etmək hər zaman bizim üçün xüsusi bir hadisədir”.AzVision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və rəsmi Tibilisi bu əlaqələrin inkişafında və möhkəmlənməsində maraqlıdır.

“Biz çox şadıq ki, ölkələrimizin iqtisadi münasibətləri inkişaf edir. Ötən il ikitərəfli ticarət-iqtisadi münasibətlərdə əhəmiyyətli dərəcədə artması ilə əlamətdar olub. Azərbaycan Gürcüstanın bir nömrəli investisiya tərəfdaşıdır”,- Giorgi Kvirikaşvili bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here