Azərbaycan əsilli yazıçı beynəlxalq mükafat aldı

0
261

 

Builki “LiBeraturpreis” ədəbi mükafatı Azərbaycan əsilli yazıçı Fəriba Vəfiyə təqdim edilib.

 

Artkaspi.az-ın verdiyi məlumata görə nüfuzlu mükafata namizəd qismində təbrizli yazıçının “Tərlan” romanı seçilib və münsiflər tərəfindən ilk onluğa daxil edilib.

 

Roman həmçinin satış və oxuma statistikası nəzərə alınaraq həm də “ilin kitabı” elan edilib. Almaniyanın “Litprom” ədəbiyyat fondu tərəfindən maliyyələşdirilən beynəlxalq ədəbi mükafat 1987-ci ildə təsis edilib. İlk mükafat isə 1988-ci ildə Qvadelupanı təmsil edən fransız yazıçı Mariz Kondeyə təqdim edilib. Bu mükafata layiq görülmüş qadın yazarın arasında Patrisia Qreys, Madlen Tien, Miçel de Kretser, Sabina Berman, Zoe Valdes kimi görkəmli yazıçılar da var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × 3 =