Avtomobilə qırıcı motoru qoyularsa… – FOTO/VİDEO

0
655

Avtomobilə qırıcı motoru qoyularsa...

Böyük Britaniyada səsdən iti sürətlə hərəkət edəcək “Bloodhound” avtomobilində reaktiv təyyarənin mühərriki sınaqdan keçirilib. Bu avtomobil qırıcı təyyarə mühərriki ilə gələcək yarışlarda saatda 1600 kilometr sürətlə hərəkət etməlidir.

Publika.az xəbər verir ki, sınaqlar Kornoull qraflığındakı aerportda keçirilib. Avtomobildə quraşdırılan “Rolls-Royce EJ200” reaktiv mühərriki dördüncü nəsil “Eurofighter Typhoon” qırıcılarında istifadə olunur. Mühərrik “Bloodhound” avtomobili üçün münasib sayılıb. Sonrakı sınaqlarda avtomobildə hava yığım sistemi, yanacaq və elektrik sistemləri sınaqdan keçiriləcək. Oktyabrın 26-da avtomobil aerportun 2.7 kilometrlik uçuş-enmə zolağında ilk yürüşə çıxmalıdır. Həmin sınaqda onun sürəti saatda 320 kilometr olacaq.

Sınaqlardan sonra avtomobil Cənubi Afrikaya qurumuş gölün dibində təşkil ediləcək avtomobil yarışlarına göndəriləcək. Avtomobilin 16 kilometr məsafəni cəmi 3.6 saniyə ərzində qət edəcəyi gözlənilir. Bu, dünya rekordu olacaq. İndiyə qədər avtomobildə qeydə alınmış ən yüksək sürət saatda 1228 kilometr olub.

BIR CAVAB BURAXIN