Avstriya prezidenti Avropada vahid miqrasiya qanunun qəbul olunmasını təklif edir

0
543

Avstriya prezidenti Aleksander Van der Bellen belə hesab edir ki, Avropa ölkələrində miqrantlara sığınacaq verilməsi üçün vahid sistemin yaradılmasına ehtiyac var.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o Avstriya Mətbuat Agentliyinə verdiyi müsahibəsində deyib.

Bellenin sözlərinə görə, Avropa qeyri-qanuni miqrasiyanın qabağını almağa imkan verəcək vahid qanun qəbul etməlidir: “Sığınacaq almaq istəyən ərizə ilə müraciət etməli və bunun səbəblərini göstərməlidir. Əgər onun ərizəsində göstərilən səbəblər təsdiqini tapsa, onda ona sığınacaq verilməlidir. Əgər biz qeyri-qanuni miqrasinanın qarşısını almaq istəyiriksə, onda hökmən bu məsələdə bütün Avropa ölkələrini qane edən qanun işlənərək hazırlanmalı və qəbul edilməlidir”.