Avropalı pedaqoq Quranı oxuyub şok keçirdi…

0
651


Bir qədər öncə “Dəyərlər” nəşrinə istinadla xəbər verdiyimiz kimi, finlandiyalı bir gənc İranda İmam Rza hərəmində İslamı qəbul edərək müsəlman olub. Moderator.az xarici İslam saytlarına istinadla həmin əcnəbi cavan barədə bir neçə digər maraqlı faktlarla yanaşı, onun fotosunu da əldə edib. Məlum olub ki, artıq adını Rza qoymuş finlandiyalı gənc ixtisasca pedaqoqdur. Əvvəllər Quranla tanışlığı olmayan bu müəllim Quranın fin dilində tərcüməsini oxuduqdan sonra  heyrətə gəldiyini etiraf edib: “Mən Quranı oxuduqdan sonra ondakı əxlaqi-mənəvi dərinlikdən şok keçirdim. Bundan sonra İslamı qəbul etmək qərarına gəldim. Müsəlman olmağımın əsas səbəbi İslam dininin cazibələri və içimdəki daxili aramlığa qovuşmaq arzusu oldu…”
 Yeni müsəlman Rza Finlandiyaya döndükdən sonra  öz soydaşları arasında İslam dinini təbliğiylə məşğul olacağına söz verib.
Xatırladaq ki, finlandiyalı gənc dekabrın 23-də Qüds Rəzəvi ostanının xarici ziyarətçilər işləri idarəsinə gəlib və  burada Kəlimeyi-şəhadət deyərək müsəlmanlığı qəbul edib.
Sultan Laçın

BIR CAVAB BURAXIN