Avropa ölkələri yeni çempionat yaradır

0
559

Avropanın bir neçə ölkəsi bir araya gələrək yeni çempionat yaratmağa qərar veriblər.

Məlumata əsasən, Belçika, Hollandiya, İsveç, Şotlandiya və Norveç artıq məsələ ilə bağlı işə başlayıblar.

Yeni yaradılacaq liqa UEFA-dan kənar fəaliyyət göstərəcək və bu çempionatda mübarizə aparan komandalar öz ölkələrində çıxış etməyəcək.

Artıq Danimarkanın “Kopenhagen” klubu bu məlumatı təsdiqləyib. “Anderlext”, “Seltik”, “Ayaks”, PSV, “Rusenborq”, “Malmö” və “Brügge” klublarının da çempionata qatıla biləcəyi bildirilir.

Adıçəkilən komandalar yeni yaradılacaq liqada çıxış edəcəkləri təqdirdə, UEFA-nın bayrağı altında keçirilən yarışlara qatılmayacaqlar.(Report”)

BIR CAVAB BURAXIN