Avropa Məhkəməsi Ermənistan əleyhinə daha bir qərar qəbul edib

0
552

Avropa İnsan Haqları Məhkəməsi “Movsisyan Ermənistana qarşı” işi üzrə yekun qərarını açıqlayıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə Ermənistan hökümətinin şikayətçiyə 12 min avro məbləğində təzminat ödəməsinə dair qərar verib.

Qeyd edək i, İrəvan sakini 1948-ci il təvəllüdlü Albert Movsisyan 22 aprel 2009-cu ildə qızının ölüm işinin lazımi səviyyədə araşdırılmamasına görə Ermənistana qarşı şikayət iddiası ilə Avropa məhkəməsinə müraciət edib.

2007-ci il 7 sentyabr tarixində Movsisyanın hamilə qızı evdə huşunu itirib, çağırılan təcili tibbi yardım 40-45 dəqiqə sonra gəlib və lazımı tibbi müdaxilə edilmədiyi üçün xəstə 14 sentyabrda xəstəxanada ölüb.

BIR CAVAB BURAXIN