Avropa Liqası: “Qəbələ” də tarix yazdı

0
590

Xəbər verdiyimiz kimi, futbol üzrə Avropa Liqasında play-off mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycanın “Qəbələ” klubu səfərdə Sloveniyanın “Maribor” komandasına minimal hesabla uduzub – 1:0.

“Lyusdki Vrt” stadionunda keçirilən qarşılaşmada yeganə qolu 65-ci dəqiqədə Tavares vurub.

Qeyd edək ki, matçın 69-cu dəqiqəsində “Qəbələ”nin heyətində Teo Uiks qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

İki oyunun nəticəsinə görə (3:2), Azərbaycan klubu Avropa Liqasının qrup mərhələsinə adlayıb.

Bundan əlavə, “Qəbələ” ardıcıl ikinci dəfə 4 mərhələ adlamaqla Avroliqanın qrup mərhələsinə keçən klub kimi tarixə düşüb.

BIR CAVAB BURAXIN