Avropa İttifaqı «şaurma» və «dönər»i qadağan etmək istəyir!

0
517

Avropa İttifaqı (Aİ) hakimiyyəti «şaurma» və «dönər-kabab»ı qadağan etmək istəyir. Buna səbəb kimi fosfatlardan istifadənin qadağan olunması önə çəkilir. Guya bu yeməklərin hazırlanması zamanı ətə fosfatlar əlavə olunur. Sonra da elan ediblər ki, fosfatlardan istifadə ilə insanlarda ürək-damar xəstəliklərinin meydana gəlməsi arasında bir asılılıq var.

Öz növbəsində, küçə kafeləri işlədən sahibkarlar Aİ hakimiyyətinə qarşı ittihamlarla çıxış edirlər. Onlar bəyan ediblər ki, bu, diskriminasiyadır, çünki şaurmanı və dönər-kababı əksər hallarda Türkiyə əsilli insanlar hazırlayırlar.

Belə küçə qidaları xüsusilə Almaniyada populyardır.

Göründüyü kimi, artıq Avropa İttifaqının «sözü qurtarıb, indi də «neynim-neynim» deyir». Məsələ burasındadır ki, adətən fosfatları ətə qatmırlar, kökəltmək üçün heyvanların yeminə əlavə edirlər ki, yoxlama zamanı ətdə fosfatların miqdarı (guya, ətin qidalılığı) yüksək çıxsın…

Təxminən 10 il bundan əvvəl Çində fosfatlarla bağlı xeyli kədərli bir hadisə baş vermişdi – bağça uşaqları kütləvi surətdə süddən zəhərlənmişdi. Araşdırma nəticəsində məlum olmuşdu ki, həmin bağçalara süd göndərən fermerlər heyvanların yeminə fosforla zəngin olan «melamin» maddəsi qatırlar. Bu maddənin tərkibində 8 fosfor atomu var, amma o, heyvanların həzm prosesei zamanı parçalanmadan, sərbəst formada onların ətinə və südünə keçir. Sərbəst formada isə melamin insan üçün «zəhər»dir…

Ona görə də yaxşı olardı, Aİ mütəxəssisləri fosfatlar problemini yerli heyvandarlıq təsərrüfatlarında axtarsınlar…AzPolitika.info

BIR CAVAB BURAXIN