Avropa İttifaqı 3 rusiyalıya qarşı sanksiya tətbiq edib

0
247
Avropa İttifaqı (Aİ) kimyəvi silahın işlədilməsinə və yayılmasına  görə yeni sanksiya tətbiq edib.
Arazinfo.com-un verdiyi xəbərə görə bununla bağlı məlumat Aİ-nin saytında yayımlanıb. Məlumatda qeyd edilir ki, sanksiyaya məruz qalanlar arasında 9 fiziki şəxs və bir təşkilatın olduğu bildirilir. Onların arasında Rusiya Baş Kəşfiyyat İdarəsinin 2 əməkdaşı, həmçinin qurum rəisinin müavini də var. Sanksiyaya səbəb kimi hər üç rusiyalının 2018-ci ilin mart ayının 4-də Solsberidə ata və qızı Skripallara qarşı  sui-qəsddə iştirakı və bu zaman zəhərli maddədən istifadə etməsi göstərilir. Sanksiyaya əsasən adı qara siyahıya düşənlərin xaricə səfərləri qadağan edilir, onların bank hesabları dondurulur.