Avropa ABŞ tərəfindən fəlakətə sürüklənir

0
259

ABŞ prezidenti Donald Trampın dünyanın müxtəlif ölkələrinə münasibətdə güc işlətmək və iqtisadi, siyasi şantaj siyasətini dövlət dəyanətinə çevirməsi beynəlxalq aləmdə böük narazılıqlarla qarşılanmaqdadır. İş orasındadır ki, Rusiyanın “casus”u kimi qələmə verilən və gözlənilməz addımlar atmağı sevən prezident Donald Tramp hətta ən yaxın müttəfiqlərinə belə münasibətdə sərtlik nümayiş etdirərək əksər hallarda Kremlin maraqlarının müdafiəçisi kimi çıxış edir. Məsələn, bir müddət əvvəl Tramp Colan təpələrini İsrail ərazisi kimi tanıdığını bəyan etməklə Rusiyanın Ukraynaya məxsus Krımı işğal etməsinə haqq qazandırmış oldu. Eyni sözləri Trampın NATO nu içəridən dağıtmağayönələn addımları barədə də demək olar. Avropadakı NATO üzrə müttəfiqləri ilə ABŞ arasında Şimali atlantika alyansına münasibətdə ziddiyyətləri dərinləşdirən Tramp bununla da qurumdaxili çəkişmələri alovlandırmış oldu.  Amma iş bununla da bitməyib. Trampındüşünülmüş şəkildə ABŞ-İran münasibətlərini gərginləşdirməkdə davam etməsi onun Avropa üzrə müttəfiqlərini çətin duruma salıb. Xüsusiilə Trampın İrandan neft alan ölkələrə qarşı sərt sanksiyaları işə salmağa hazırlaşması Avropada həyəcanla qarşılanıb. Tramp bildiirb ki, artıq İrandan neft alan və almaqda davam edən ölkələrə münasibətdə onların nazı ilə oynamaq niyyətində deyil. Tramp: “İrandan neft  alanölkələrə dəfələrlə xəbərdarlıq etmişik ki, onlar buna görə sanksiyalara məruz qalacaqlar. Amma biz bununla belə bir müddət gözləmə mövqeyi tutaraq İrandan nefy alan ölkələrə münasibətdə hansısa addımlar atmadıq. Bundan sonra biz daha buna dözmək niyyətində deyilik”,-deyib.

Trampın belə bir açıqlama verməsi İrandan neft alan bütün ölkələr, o cümlədən Avropa Birliyi tərəfindən həyəcanla qarşılanıb. Fransaprezidenti Makron məsələ ilə bağlı deyib ki, Avropa Birliyi ABŞ-ın Iran siyasətini dəstəkləmir və Vaşinqtonun bununla bağlı atdığı istənilənaddım onun müttəfiqlərinin maraqlarına  zərbə vurur. Makron növbəti dəfə bəyan edib ki, Avropa ABŞ-la  münasibətlərdə öz maraqlarını qoruyacaq və bu məqsədlə müvafiq addımlar atacaq. Makronun belə bir açıqlama verməsi Fransanın və onun simasında Avropa BirliyininABŞ tərəfindən İrana neft alışı ilə bağlı sanksiyaları dəstəkləməyəcəyini göstərir. ABŞ-ın İrandan neft alan ölkələri cəzalandırması isə nəinkiAvropa ölkələrini, həm də Hindistan, Çin, Yaponiya, Türkiyə, Tayvan, İtaliya, Yunanıstanı da  təhdid edə bilər. Əslində Trampın İrandan neftalan ölkələri hədələməsi və onları cəzalandırmağa hazırlaşması ABŞ-ın dünya ölkələrinə elan olunmamış müharibəyə başlaması  anlamınagəlir. Təsadüfi deyil ki, İran neftinin əsas alıcılarınan biri olan Türkiyə bəyan edib ki, Vaşinqtonun sanksiyaları ilə hesablaşmaq niyyətində deyil və bu məsələdə özünün iqtisadi və siyasi maraqları çərçivəsindən çıxış edəcək.

ABŞ-ın İran neftinin alıcıları ilə bağlı sərt addımlar atmağa hazırlaşması təbii ki, Tehranda da sərt reaksiya ilə qarşılanıb. Onsuz da ABŞ-ınsanksiyalarından əziyyət çəkməkdə davam edən İran Vaşinqtonun təhdidinə  dözmək  niyətində deyil. Hadisələrin gedişi göstərir ki, neftembarqosundan əziyyət çəkən İran üçün artıq geriyə yol qalmayıb. Ona görədə İran  bildirib ki, əgər ABŞ məsələ ilə bağlı neft ixrac etdiyiölkələrə sanksiyalar tətbiq etsə, onda Hörmüz boğazını bağlayacaq. İranın bu bəyanatı Avropada, o cümlədən bölgə ölkələrində cidditəşvişlə qarşılanıb. Belə ki, əgər İran belə bir addım atsa, onda dünya bazarında neft böhranı yaranacaq və qara qızılın qiyməti sürətlə qalxacaq. Bu isə Avropa ölkələrində ciddi iqtisadi böhranlara, enerji çatışmazlığına, əhali arasında narazılıqlara və onların hökumət əleyhinə çıxışlarına səbəb ola bilər.

Yeri gəlmişkən onu da deyək ki, Hörmüz boğazı İranın  sahildə və adalarda yerləşdirdiyi yüzlərlə yer-dəniz raketləri vasitəsilə qorunur. Bugüclər tərəfindən boğaza daxil olan hədəfləri  məhv etmək olduqca asandır. İran həm də  yer-yer və yer-hava tipli raketləri ilə  bölgədəki neftanbarlarını asanlıqla məhv etmək imkanına malikdir. Bundan əlavə İran sulara mina düzə bilər ki, bu da boğazdan neft tankerlərininkeçməsini qeyri-mümkün edəcək. Bütün bunlar isə qeyd etdiyimiz kimi dünyada neft böhranına gətirib çıxara bilər. Belə ki. hazırda Hörmüzboğazı vasitəsi ilə dünyanın neftə olan ehtiyacının 40 faizi daşınır. ABŞ İranın Hörmüz boğazını bağlama təhdidinə daha sərt reaksiya verib. Tramp bildirib ki, əgər İran Hörmüz boğazını bağlasa onda oranı zorla açmaq üçün hərbi gücdən istifadə edəcək. Bu da öz növbəsində İranüçün ciddi təhdid deməkdir. Çünki İranın bəzi güc nazirlikləri rəhbərlərinin ABŞ-a hədə-qorxu gəlməsinə, onları Yer üzündən silməyə qadirolduqlarını təhdidedici şəkildə bəyan etmələrinə baxmayaraq Vaşinqton hərbi baxımdan  qarşı tərəfdən qat-qat güclüdür və bunu sübutetməyə belə ehtiyac yoxdur. Lakin ABŞ Hörmüz boğazı İran tərəfindən bağlanacağı təqdirdə orada gücə əl atmalı olsa, onda neft daşıyantankerlər üçün daha təhlükəli vəziyyət yaradacaq. Belə ki, qeyd etdiyimiz kimi hərbi gücə əl atılması İran tərəfindən boğaz sualarına minalardüzülməsinə yol açacaq. Eyni zamanda İran yeni müharibə başlayacağı təqdirdə  boğaz sahilindəki neft anbarlarına zərbələr endirəcək. Nəticədə Hörmüz boğazında İraqın vaxtı ilə Küveyti işğal etməsindən sonranı xatırladan dəhşətli və təhlükəli vəziyyət əmələ gələcək, boğazsuları od tutub yanacaq. Hətta ABŞ boğazı silah gücünə azad etsə belə baş verən müharibənin ağır nəticələini aradan qaldırmaq üçünVaşinqtona aylarla, hətta illərlə vaxt lazım gələcək. Məsələyə münsibət bildirən fransalı politoloq Alan Rodye Atletiko nəşrində gedənyazısında bildirir ki, bölgədə müharibə başlayacağı təqdirdə bunun nəticələri olduqca ağır olacaq. O qeyd edir ki, boğazda başlayacaqmüharibə neft böhranından daha qorxunc  olacaq.  Alan Rodye yazır ki, boğazda müharibə başlasa, onun nə qədər vaxt sürəcəyi məlum olmayacaq.. Belə ki, qarşı tərəf də ABŞ-ın bğlgədəki güclərini məhv etmək üçün bütün imkanlardan istifadə edəcək. Nəhayət İranın yüzlərlə sahil batareyasını zərərsizləşdirmək, dənizdə minaları tutmaq, habelə Fars körfəzi ölkələrində hərbi əməliyyatları və teraktları durdurmaq hətta qüdrətli Amerikaya da asan olmayacaq…

Yenə də məsələyə qayıdaraq deyək ki, Hörmüz boğazında müharibə başlasa dünyada neft böhranı yaşanacaq və bundan da ən çoz zərərçəkən ölkələr ABŞ-ın NATO üzrə yaxın müttəfiqləri olan Avropa Birliyi ölkələri, həmçinin İsrailə SəudiyyəƏərəbistanı və Yaponiya olacaq. Bu baxımdan Avropanın istənilən halda Hörmüz boğazında baş verə biləcək hadisələrdə ABŞ-ı dəstəkləməyəcəyi öncədən aydındır. Yəni əgərİrana münasibətdə hadisələr müharibəyə qədər gedib çıxsa, onda neft böhranı nəticəsində fəlakətə sürüklənəcək, Avropa ilə ABŞ arasındaziddiyyətlər daha da dərinləşəcək. Onu da deyək ki, İran-ABŞ münasibətlərinin gərginləşməsindən hələlik qazana biləcək bir ölkə varsa o da Rusiyadır. Çünki ABŞ-ın İrana neft embarqosu tətbiq etməsi  və bununla bağlı daha sərt addımlar atmağa hazırlaşması Rusiyanın həm iqtisadi, həm də siyasi maraqlarına cavab verir. Belə ki,İranın dünya bazarına neft çıxarmasına imkan verməməsi Rusiyanın bu boşluğudoldurması anlamına gəlir.  Bu baxımdan Hörmüz boğazında müharibə başlaması Rusiyanın dünya bazarına daha çox neft çıxara bilməsi anlamına gəlir. Buna paralel olaraq İran neftinə görə, ABŞ və onun Avropadakı müttəfiqləri arasında ziddiyyətlərin dərinləşməsi Rusiya ilə Qərb münasibətlərində münasibətlərə yenidən baxılmasına səbəb ola bilər. Bu isə Rusiya üçün ABŞ-ın sanksiyalarının yüngülləşdirilməsi və Qərblə daha isti münasibətlər qurulması deməkdir. Bir sözlə ABŞ-la Qərb arasında ziddiyyətləri daha da  dərinləşdirməkdə olanTrampın İran siyasəti bütün hallarda Rusiyanın iqtisadi və siyasi maraqlartına tam şəkildə cavab verir. Tramp sanki bununla Rusiyanın maraqlarının təmini üçün çalışır.

Konkret olaraq onu deyək ki,  Hörmüz boğazında hətta müharibəyə səbəb olmayacaq hər hansı hadisə və bu əsasda da ABŞ-İran münasibətlərinin gərginləşməkdə davam etməsi Avropa üçün arzu edilən deyil.