Avroliqa: “Qəbələ Fransada uduzmadı

0
556

Iyulun 28-də start götürən Avropa Liqası üçüncü təsnifat mərhələsinin ilk oyununda turnirdə yeganə təmsilçimiz “Qəbələ” çətin səfər matçında Fransanın “Lill” komandası ilə qarşılaşıb.

Virtualaz.org bildirir ki, Lill şəhərindəki “Metropol Arena”da oynanılan matçın 13-cü dəqiqəsində “Qəbələ” hesabı açıb. Komandanın heyətində Vitali Vernidub fərqlənib – 1:0.

İkinci hissənin əvvəlində – 47-ci dəqiqədə “Lill”in futbolçusu Mendes hesabı bərabərləşdirib – 1:1. Matç elə bu hesabla başa çatıb.

Bunu komandamızın böyük uğuru hesab etmək olar.

Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

BIR CAVAB BURAXIN