Avrokomissar Ərdoğanı repressiyalarda günahlandırdı

0
505

Türkiyə ölkədə çevriliş cəhdindən sonra beynəlxalq hüquqa riayət etmir, saxlanmış insanların siyahıları isə əvvəlcədən hazırlanıb.

Virtualaz.org xəbər verir ki, bunu genişlənmə və qonşuluq siyasəti üzrə avrokomissar Yohannes Xan deyib.

“Bu bizim qorxduğumuz idi. Mən və Aİ diplomatiya rəhbəri Federika Mogerini çevriliş cəhdindən sonra ümid etdiyimizi bildirdik ki, hadisələrdən sonra baş verənlər beynəlxalq hüquqa və hüququn aliliyinə müvafiq olacaq. Müşahidələrimiz göstərir ki, onlara riayət edilmir”, – Xan deyib.

Türkiyə hakimiyyətinin bu hadisələrdən öz mənfəəti üçün istifadə edib-etmədiyinə dair suala cavab verərkən o deyib: “Ən azı, bu hazırlanmış idi”.

“Hadisələrdən dərhal sonra siyahıların hazır olması göstərir ki, onlar bu andan istifadə etmək üçün hazırlanmışdılar”, – avrokomissar deyib.

BIR CAVAB BURAXIN