Çərşənbə, İyul 15, 2020
Ev Gündəm ATV-də daha bir gənci ələ saldılar – video

ATV-də daha bir gənci ələ saldılar – video

0
397
ATV-də daha bir gənci ələ saldılar - video

ATV-nin “İdeya Qazandı” verilişinə qatılan gənclə bağlı mətbuatda yayılan görüntüyə daha birisi əlavə edilib.

Axşam.az “Azxeber.com”a istinadən xəbər verir ki, verilişin bir neçə il bundan öncə yayılan buraxılışı yenidən sosial şəbəkələrdə yayımlanıb. Buna səbəb, verilişdə münsiflər tərəfindən daha bir gəncin layihəsinin gülüş hədəfinə çevrilməsidir.

Layihəsini təqdim etməkdə çətinlik çəkən gəncə investorlardan biri ironiya ilə “mən qorxuram ki, bu layihə ayaqqabı bazarında monopollaşmağa gətirib çıxardacaq” deyib pul ayırmayacağını bildirib. Ona daha ciddi hazırlanması üçün tövsiyyələr verilib. İradları qəbul edən gənc studiyadan ayrıldıqdan sonra münsiflər onun haqqında danışıb gülməyə başlayıblar.

Sözügedən görüntülər növbəti dəfə ciddi etirazlara səbəb olub.

Xatırladaq ki, bir müddət öncə də analoji hal yaşanmışdı. Verilişdə kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası yenə onların gülüşünə səbəb olmuşdu. Bu kadrlar ölkə gündəmində əsas müzakirə mövzusuna çevrilmiş və etirazlara səbəb olmuşdu.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fifteen + seven =