ATSAM Türkiyənin iki univesitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı simpozium təşkil edəcək

0
498

Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Azərbaycan Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və  İsparta Tətbiqi Elmlər Universiteti ilə birlikdə cari ilin 9-10 oktyabr tarixlərində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı simpozium təşkil edəcək. Simpoziumda Azərbaycan və Türkiyənin elm adamları və ekspertlər mövzu ilə bağlı universitetlərin tələbə və müəllim kollektivi qarşısında geniş məruzə ilə çıxış edəcəklər. Bu barədə ATSAM-ın direktoru Hatəm Cabbarlı məlumat verib. Bildirib ki, beynəlxalq hüquq normalarını kobudcasına pozan Ermənistanın işğalçılıq siyasəti sadəcə iki ölkə arasında təhlükəsizlik problemi deyildir. Bu eyni zamanda region və beynəlxalq təhlükəsizliyi təhdid edən problemdir.

O, həmçinin vurğulayıb ki, simpoziumun əsas məqsədi Dağlıq Qarabağ probleminin əsas mahiyyətini, Ermənistanın işğalçılıq siyasətini, eləcə də  işğal altında qalan ərazilərin terroçuluq, qaçaqmalçılıq, silah, insan və narkotik maddələrin ticarəti mərkəzinə çevrilməsini, problemin region və beynəlxalq təhkəsizliyi təhdid edən əsas amil olduğunu,  regionda iqtisadi və sosial layihələrin həyata keçiriməsində ciddi maneəyə çevrildiyini bir daha dünyaya bəyan etməkdir. Şübhəsiz, bu simpoziumda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, işğalçı ölkənin beynəlxalq hüquq normalarını kobudcasına pozduğu da diqqətə çatdırılacaq”.

Hatəm Cabbarlınin fikrincə, “Ermənistanın işğalçılıq siyasəti, region və beynəlxalq təhlükəsizlik problemləri” adlı simpoziumun Türkiyədə təşkili Ermənistanın işğalçılıq siyasətinin ölkə sərhədlərindən kənarda akademik olaraq müzakirə edilməsi və bu müzakirənin dinləyicilərin və dünya KİV-lərinin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır: “Bu baxımdan belə bir konfransın Türkiyənin Burdur şəhərində yerləşən Mehmet Akif Ərsoy Universiteti və İsparta Tətbiqi Elmlər Universitetində keçirilməsi Azərbaycan həqiqətlərini və Ermənistanın təcavüzkar siyasətini geniş auditoriyada təhlil edilməsi olduqca əhəmiyyətlidir. Qeyd edək ki, bu universitetlərin hər birində 25 min tələbə təhsil alır”.

H. Cabbarlı daha sonra bildirib ki, Azərbaycan dövləti ilə yanaşı, qeyri-hökumət təşkilatları da Dağlıq Qarabağ münaqişəsi haqqında gerçəkləri dünyaya çatdırmaq yönündə intensiv fəaliyyəti davam etdirməli, üstəlik,təbliğat fəaliyyətinin coğrafiyasını da genişləndirməlidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”