Atası dünya çempionu Həbib Nurməhəmmədovu cəzalandıracaq

0
512

 

UFC kateqoriyası üzrə dünya çempionu titulunun sahibi Həbib Nurməhəmmədovun məşqçisi və atası Abdulmanaf Murməhəmmədov Makqreqorla görüşdən sonra dava-dalaşa görə oğlunu sərt şəkildə cəzalandıracağını vəd edib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində Abdulmanaf Nurməhəmmədov deyib. Onun sözlərinə görə həmişə nizam-intizamı sevib və Həbibi də bu ruhda tərbiyə edib: “Sən həmişə rinqdə istədiyini edə bilərsən, bu döyüşdür. Ancaq unutmamalısan ki, rinqdən kənarda qadınlar, uşaqlar və digərləri var.”

Abdulmanaf Nurməhəmmədov oğlunun döyüşdən sonra dava salmasını rinqdəki əsəb gərginliyi ilə izah edib.

Xatıraldaq ki, Həbib Nurməhəmmədov UFC kateqoriyası üzrə ABŞ-ın Las-Veqas şəhərində keçirilən döyüşdə irlandiyalı Makqreqoru məğlub edib.

Əziz Mustafa

 

 

BIR CAVAB BURAXIN