“ATƏT-dən Azərbaycan xalqına hörmət tələb edirik”

0
87

https://cinetpain.org/bankrate-amortization-auto-loan enter site Prezident seçkilərini 61 təşkilat və 59 dövlətdən 894 beynəlxalq müşahidəçi, 58 min 175 yerli müşahidəçi izləyib. Bu, seçkilərə yüksək marağın olmasını təsdiqləyib.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, müşahidəçilər MSK-nın seçkiləri hazırlayıb keçirilməsini yüksək dəyərləndirib: “Prezident seçkilərində 1000 məntəqədə veb-kameralar quraşdırılmışdı, görüntülər fasiləsiz verildi. Bu da seçkilərin şəffaflığın təmin olunması ilə bağlı idi. MSK işinin öhdəsindən layiqincə gəldi. Seçkilərdə ikisi beynəlxalq təşkilatlarla birgə olmaqla, 4 təşkilat tərəfindən “exit-poll” keçirildi. Həm şəhərlərdə, həm də kəndlərdə tək səhər deyil, hətta günortadan sonra seçicilər növbədə dayanmışdı. Bunu müşahidəçilər də xüsusi qeyd edirdilər. Nəticədə seçkilərdə 74 faizdən artıq seçici fəallığı qeydə alındı”.

MSK sədri ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezident seçkiləri ilə bağlı ilkin faktlar və nəticələr haqqında bəyanatına da münasibət bildirib: “Biz münasibətimizi həm yazılı şəkildə, həm də görüşlərdə kəskin şəkildə bildirmişik. Demişik ki, Azərbaycan Avropanın ən yüksək inkişaf etmiş ölkələrindən biridir. Azərbaycanda insanlar gördüklərini vizual şəkildə yerləşdirirlər. Bu, bizə xoş gəlməsə də, dünyaya nümunə olacaq bir haldır. Onların bizi təqdim etdiyi səviyyəni dünya qəbul etmir, sivil dünya bizi yüksək səviyyədə qəbul edir. Seçkilərdə xoşagəlməz addımlar atmaq istəyən insanlar da ola bilər. Azərbaycanda seçkinin səviyyəsi ən inkişaf etmiş ölkələrdəki səviyyəyə uyğundur. Onlar bizi məcbur edirlər ki, fikir bildirək. Azərbaycan xalqı onların fikirləşdiyi xalq deyil, biz Azərbaycan xalqına hörmət tələb edirik. Bu seçki onların xoşuna gələn ölkələrdə keçirilsəydi, axşama qədər təbliğ edərdilər. Bizə təsir edən odur ki, niyə bizə layiq olmadığımız standartlar tətbiq olunur? Ortaya qoyduqları sənədə baxanda görürük ki, missiyanın özü seçki müşahidə missiyasından daha çox başqa missiyaya xidmət edən qurum kimi görünür”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

enter site

1 × 4 =

follow

https://vitaforhome.com/effects-of-fasting-on-erectile-dysfunction