Aropa İttifaqı narahatdır: “Qarabağda münaqişə hər an qızışa bilər”

0
512

Avropa İttifaqı narahatdır: “Qarabağda münaqişə hər an qızışa bilər”

“Avropa İttifaqı olaraq Dağlıq Qarbağda baş verən cinayət və zorakılıqları qətiyyətlə pisləyir və qınayırıq”

Bu açıqlama Avropa Komissiyası rəhbərliyinin Dünya Azərbaycanlıları Assambleyası rəhbəri Rəşad Quliyevə ünvanlıdığı cavabda qeyd edilib.

DAA-dan AzVision.az-a verilən məlumata görə, bu gün Avropa Komissiyası Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya ölkələri üzrə direktorluğundan cənab Dirk Shuebel, Dünya Azərbaycanlıları Assambleyası rəhbəri Rəşad Quliyevə məktub göndərib.

Məktubda qeyd olunur: “Avropa Komissiyası Prezidenti, Jean Claude Junckerə 17 oktyabrda ünvanladığınız məktuba görə sizə təşəkkür edirik. Bu məktubu cənabPrezidentin xahişi ilə sizə mən cavablandırıram.

Bu məsələ konkret olaraq 2015-ci ilin Şərq Tərəfdaşlığı sammitində qəbul olunmuş deklarasiyada qeyd olunduğu kimi biz Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşırıq.

Eyni zamanda bu açıqlama Avropa Şurasının prezidenti Donald Tuskun 2017-ci ilin fevralında Brüsseldə keçirilən sammit zamanı çıxışında bir daha qeyd olunub.Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən zorakılıq və cinayət hallarına dərin təəssüfflə yanaşmaqla yanaşı və bu halları qınayır.

2016-cı ilin aprel hadisələri zamanı münaqişə bölgəsində baş vermiş silahlı toqquşma və silahlı qarşıdurma bir daha bunu göstərir ki, bölgədə vəziyyət gərgindir və bu münaqişə hər an qızışa bilər. Baş verəcək silahlı insidentin bölgənin stabilliyinə ciddi zərbə olacağından Avropa İttifaqı ciddi narahatçılıq keçirir.

Avropa İttifaqı bu münaqişənin həllinin sülhlə həll olmasına çalışır. Ancaq bu, o demək deyil ki, status-kvo bu cür davam etməlidir. Bu münaqişənin yeganə həll yolu beynəlxalq hüquq çərçivəsində həll olunmasıdır”.

Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası rəhbəri Rəşad Quliyev 17 oktyabr tarixində Avropa Komissiyası rəhbərinə bu ilin noyabrında Brüsseldə keçiriləcək Avropa Birliyi sammitinda Ermənistanla imzalanacaq əməkdaşlıq müqaviləsi çərçivəsində Avro Komissiyadan 80 milyon dəstək alacağı ilə bağlı sorğu göndərmişdi. Bu sorğuda işğalçı ölkəyə dəsətəklərin verilməsinin nəyə xidmət etməsi ilə bağlı Komissiya rəhbərinə suallar ünvanlanmışdı.

BIR CAVAB BURAXIN