Arif Səlimovun yaradıcılıq gecəsi  

0
958

Bəstəkar-müğənni Arif Səlimov Beynəlxalq Mətbuat Mərkəzində yaradıcılıq təqdimatını keçirtdi. Arazinfo.com-un verdiyi məlumata görə,  tədbirdə sözləri və musiqisi Arif Səlimovun özünə aid olan “Demə mənə” adlı mahnısına Elit Star Cəmilənin ifasında çəkilmiş klip, “Səni itirməkdən yaman qorxuram” adlı yazdığı mahnısına Bahar Lətifqızının ifasında çəkilmiş klip, söz və musiqisi Arzu Abbasovaya aid olan “Qorxuram” adlı birgə duet oxuduqları mahnının klip təqdimatı baş tutdu. Bəstəkarın qızı Zəhranın da ad günü həmin günə təsadüf etdiyindən həm təqdimat, həm də ad günü bir yerdə qeyd olundu. Bu tədbir və təqdimatda iştirak edən sənətçi dostları da Arif  Səlimovu tək qoymadılar.

Tədbirdə iştirak edənlər: müğənni Bahar Lətifqızı, Elit Star Cəmilə, əməkdar aktrisa Nahidə Orucova, şairə Sarıgül Yağmur Paşaqızı, Sevinc Sevər, bəstəkar-müğənni Arzu Abbasova, gənc müğənni Rəvan Cəfərli, Şövkət Əliyeva, Günay İbadova, Aygün Aydın, Gülnarə Xəlilova, Pərvanə Təranə Nurlu və tədbirin səbəbkarı Arif Səlimov Hacı Azadə Taleh Abbasqızı tərəfindən “Qobustan” diplomu ilə təltif olundular.

 

BIR CAVAB BURAXIN