Arif Səlimov və Arzu Abbasova – “Qorxuram”-video

0
678

 

Bəstəkar-müğənni Arif Səlimov son günlər Yotubedə yayımlanan yeni mahnısından danışdı:

“ Bildiyiniz kimi 23 noyabrda Beynəlxalq Mətbuat Mərkəzində keçirilən həm qızımın ad günü, həm də mənim yaradıcılıq gecəmdə bəstəkar-müğənni, aranjemançı, həmdə gözəl rejissor və müğənni Arzu Abbasova sözləri və musiqisi, aranjemanı özünə aid olan birgə duet oxuduğumuz “Qorxuram” adlı mahnısına çəkdiyi gözəl klipi mənə hədiyyə etdi. Əslində biz Arzu Abbasova ilə uşaqlıq illərindən tanışıq. İllər keçdi, mən də, Arzu da bu sənətdə fəaliyyətimizi dayanmadan davam etdirdik. Arzu xanım bu yaxınlarda mənə bu mahnını göstərdi. Mən də bildirdim ki, sənin də gözəl səs tembrin var, gəl bir yerdə duet oxuyaq. Və beləcə “Qorxuram” adlı duet mahnımız yarandı. Təsadüflər insanı gözlənilməz arzulara qovuşdurur. Yəqin bu da mənim qismətimdir. İnanıram ki, bu yeni mahnımız da dinləyicilərin xoşuna gələcək”.

Biz də Arif Səlimova və Arzu Abbasovaya oxuduqları bu yeni duetlərinə uğurlar diləyirik.

BIR CAVAB BURAXIN