Argentinalı erməni milyarder necə milli qəhrəman olub?

0
529

Bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş binasında “Prezidentə azadlıq” yazılan böyük bir plakat asılıb.

Erməni mətbuatının yazdığına görə, həmin bina keçmiş prezident Robert Köçəryanın dostu, erməni diasporunun önəmli nümayəndələrindən olan biznesmen Eduardo Ernekyana məxsusdur. Bu adam, heç demə, 2017-ci ildə “milli qəhrəman” adına layiq görülübmüş.

Eduardo Ernekyanın hansı xidmətlərinə görə belə bir ad qazanması isə Ermənistanda hər kəs üçün indi də müəmmalıdır.

Lakin mətbuat onun başqa “qəhrəmanlıqlarını” ortaya çıxarıb.

Məlum olub ki Eduardo Ernekyan sözün əsl mənasında Ermənistanı Robert Köçəryan və Serj Sərkisyanla bölüşdürüb. Onun iki prezidentin də dövründə bir neçə böyük və iriməbləğli sazişə imza atdığı bəlli olub.

Ermənistanın “Konversbank”ı Eduardo Ernekyana məxsusdur. Burada Robert Köçəryanın oğlu Sedrak Köçəryan önəmli paya sahib olub.

Ölkənin əsas hava limanı sayılan “Zvartnots” Robert Köçəryanın dövründə 30 illiyə E.Ernekyanın konssesiya idarəçiliynə verilib. Rusiya və beynəlxalq mətbuatda Robert Köçəryanın bu anlaşmadan 50%-lik pay aldığı barədə informasiyalar gedir.

Köçəryan dövründə milli poçt operatoru “Aypost” da Eduardo Ernekyana verilib. Burada təbii ki Köçəryan dövlət şirkətini dədə malı kimi onunla bölüşdürüb.

Maraqlıdır ki, bundan öncə şirkət Hollandiyanın “Aypost Trast menecmet” firmasına məxsusmuş. Lakin 2008-ci ildə onun sahibi Hans Boon İrəvanda naməlum şəxsər tərəfindən döyülərək “ağlı başına gətirilib” və biznesmen Ermənistandan qaçmağa məcbur olub.

Erməni mətbuatı Eduardo Ernekyanın məhz bu cür xidmətlərinə görə belə yüksək adı aldığını yazır.

Картинки по запросу eduardo eurnekian serj sargsyan

Sonda onu qeyd edək ki, Eduardo Ernekyan Ermənistan mətbuatının kiçiltmək istədiyi qədər ortabab biznesmen sayılmır. Bu adam Argentinanın ikinci varlı şəxsidir. Onun sərvəti 2 milyard dollara yaxındır. Tam 49 ölkənin (bunların içində Braziliya, Ekvador, Peru da var) hava limanları bu və ya digər dərəcədə Ernekyana məxsusdur.

Eduardo Ernekyanın sahib olduğu torpaq sahəsi 1000 kvadrat kilometrdən artıqdır.

Musavat.com

BIR CAVAB BURAXIN