Ara Papyan: “Azərbaycanın Rusiyaya təsir gücü artır”

0
617

Qarabağ məsələsində Rusiyanın aparıcı rolu Ermənistan üçün müsbət hal olmayacaq.

Bu barədə sentyabrın 1-də keçirdiyi mətbuat konfransında diplomat, “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan deyib.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında yeganə ölkədir ki, münaqişə tərəflərinə silah satır.

“Erməınistanın müttəfiqi olaraq, Rusiya müttəfiqinin düşməninə silah satır. Bu, dünya tarixində görünməmiş haldır”, – Papyan qeyd edib.

“Təbii ki, bizim üçün Rusiyanın aparıcı rolu müsbət hal olmayacaq, – o fikirlərinə davam edib. – Nəzərə alsaq ki, ələlxüsus Bakıda avqustun 8-də Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşündən və dəmiryolu barədə razılaşmadan sonra Azərbaycanın Rusiyaya təsir gücü artmaqdadır”.

“Bizim üçün mümkün qədər çox vasitəçinin bu məsələyə cəlb edilməsi müsbət hal olardı, belə olan halda, biz fikir ayrılıqları üzərində manipulyasiya edə, balansı qoruya və düzgün siyasət hesabına hər hansı müsbət nəticəyə nail ola bilərik”, – Papyan fikrini yekunlaşdırıb.

Virtualaz.org

BIR CAVAB BURAXIN