Aparıcı Zaurun “qara siyahı”ya atdığı müğənnimiz danışdı

0
888

Xəbər verdiyimiz kimi, aparıcı Zaur müğənni Elşad Qarayev ilə aralarında münaqişə olduğunu və bu səbəbdən onu “qara siyahı”ya əlavə etdiyini söyləyib.

E.Qarayev bu haqda Big.az-a danışıb. Onunla kiçik müsahibəni təqdim edirik:

– Elşad müəllim, deyəsən Zaurla aranızda anlaşılmamazlıq yaşanıb və o, sizi qara siyahıya salıb. Bu xəbərlər doğrudurmu?

– Birincisi, Allah heç kimi öz qara siyahısına salmasın. Zaur bizim dostumuz, qardaşımızdır, bəlkə bu, bir zarafat olub? Oğlum Rəvan da bu yaxınlarda onun verilişində olub. Özüm də həftənin 4-cü günü efirdə olacağam, məni dəvət edib. Bu halda necə “qara siyahı”da ola bilərəm? Özünüz də bilirsiniz ki, Zaurun verilişi başdan ayağa şoudur.

Bəs onda niyə Zaur belə bir açıqlama verib, sizcə?

– Zaur zarafat edib. Bilirsiniz ki, o, hər kəslə zarafat edir, yəqin budəfəki hədəfi də mən olmuşam (gülür).

– Zaurun efirdə tez-tez müğənnilərə söz atması hərdən dava-dalaşa gətirib çıxardır. Bir çoxları da onun sözlərindən inciyib verilişi tərk edilər. Sizinlə belə hal yaşanıb?

– Zaur hərdən özünə də söz atır, sonra xəbəri olmadan düşür “radar”a. Kim inciyir çıxmasın efirə, hamı ora gələndə bilir ki bura şou proqramdır, siyasət deyil.

Aparıcı Zaurun "qara siyahı"ya atdığı müğənnimiz danışdı

BIR CAVAB BURAXIN