Aparıcı Çiçək gizlinləri açdı: “Ərimdən boşanmışam, subayam”

0
644
Çiçək kimi tanınan cazibədar aparıcı Şəhla Vikkas şəxsi həyatından danışıb.

Yenicag.az-a açıqlama verən Çiçək 13 yaşından bu günə qədər haqqında şayiələr gəzdiyini deyib:

“13 yaşımdan indiyə qədər şayiələrdən başım açılmayıb. Buna görə də barəmdə nəsə eşidəndə əsəbiləşmirəm. Daha çox şəxsi həyatımla bağlı söz-söhbətlər yayılıb. Subay olduğum vaxtlarda haqqımda şayiə yayıblar ki, Çiçək ailəli olub, boşanıb. Ailəli olduğum vaxtlarda da şayiə yayıblar ki, ərimdən boşanmışam, subayam. Həmin adamlara deyəndə ki, ailəliyəm, uşağım da var, şoka düşüblər”.

Aparıcı adının hansısa məşhurla hallanmadığını da bildirib:

“Mənim auditoriyam tam fərqli olub. Məsələn, müğənnilər var ki, kiminləsə duet oxuyanda auditoriyası dərhal onu həmin duet ortağı ilə sevgili kimi qələmə verir. Amma mənim auditoriyam heç vaxt adımı hansısa məşhurla hallandırmayıb. Çünki tanıyıb, bilirlər ki, sözü üzə deyənəm, nəsə olsa bunu gizlətmərəm”.

BIR CAVAB BURAXIN