Ankara bunun qarşılığında Hələbi Putinə verdi

0
294

 

 

Sanki Rusiyaya Türkiyə üzərindən təzyiq edirlər.

Axar.az xəbər verir ki, bu barədə “Dirçəliş Poçtu”nun yazarı İsmayıl Yaşanın “Hər kəs bir-birini ittiham edir” başlıqlı məqaləsində qeyd edilib.

Yaşa humanitar yardımların Hələbdəki insanları qırğından, uşaqları binaların altında qalmaqdan, qadınları şiə milislərinin təcavüzündən qoruya bilməyəcəyini bildirib.

Hər kəsin bir xilaskar gözlədiyini, günahı bir-birinin üstünə atdığını deyən Yaşa bunları qeyd edib:

“Hər kəs bir-birini günahlandırır. Halbuki, heç kimin kimisə günahlandıracaq halı yoxdur. Çünki bu rüsvayçılıq hamımıza yetər və artar. Qorxuram ki, Hələbin vəbalı yardım edə biləcək, ancaq yardım etməyən ölkələri yandıracaq. Türkiyənin Rusiya ilə razılaşdığı və “Fərat qalxanı” əməliyyatına Moskvanın səssiz qalması qarşılığında Ankaranın da Hələbi Putinə buraxdığı iddia edilir. Biriləri bu şəkildə təsəlli tapır. Sanki öz ayıblarını Ərdoğanın üzərinə dağıtmaq gücündədirlər. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası beş ölkənin nəzarətindədir. O ölkələrdən biri də Rusiyadır. Buradan bir ümid yoxdur. Nə BMT, nə İƏT, nə Ərəb Birliyi, nə də İslam ölkələrinin NATO-su olacağı deyilən “İslam Ordusu” haradadır?”

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × 4 =